Kalbimde huzur

Kalbimde huzur Kalbimde huzur

28/12/2025
28/12/2025

Kim harada idi?

17/12/2025

Bir sözümlə ürəyinə toxundum,
Yalvardığım, sözlərimə bağışla,
İstəyirsən gəl dilimdən as, ancaq,
Səni sevən gözlərimə bağışla.

Hara getsə, sizə tərəf yol alan,
Yalnız sənin atəşinə qalanan,
Evinizə pərvanətək dolanan
Naxış-naxış izlərimə bağışla.

Özün yazdın ürəyimə adını,
Sən göstərdin məhəbbətin dadını,
İncikliyin atəşini, odunu
Külə dönmüş gözlərimə bağışla...

17/12/2025

Xoş sözə inanmış viranə qəlbim,
Sənidə, mənidə incidəcəklər.
Mən axı taleyi hardan biləydim ?
Xoşbəxtlik doğmamış öldürəcəklər

17/12/2025

Könül, bu gün nağıl danış,
Dünənimə qaytar məni.
Ələnməmiş, üyünməmiş
Öz mənimə qaytar məni.
Mamırına dolu yatan
Bir dağ döşü -bir daş otaq...
Nə əl dəyən, nə zəng çatan
Ünvanıma qaytar məni.
Nədir itən, nədir qalan?..
Beş-on sözdür ümid - qalam.
Baş aparsam, başsız qallam,
Yüyənimə qaytar məni.
Aramızda tufan yaşar,
Sahillərdən punhan yaşar.
Yaşamağa güman yaşar,
Gümanıma qaytar məni.

Address

Bakı
Baku-Baladshary

Website

Alerts

Be the first to know and let us send you an email when Kalbimde huzur posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share