Ezino Education

Ezino Education Bizə qoşul... Yaxşıdan mükəmmələ doğru irəlilə...

23/08/2023
06/08/2023

Azərbaycan Mühəndislər Birliyi tərəfindən Kimya mühəndisliyi ixtisasında təhsil alanlar üçün online formatda təlim!

Bilik və bacarıqlarınızı inkişaf etdirmək, mövzu haqqında ətraflı məlumat almaq istəyirsinizsə, bu təlimi qaçırmayın!

Təlimçi Elnur Cəbrayılzadə "Neftin əsas emal prosesləri: Destruktiv emal texnologiyası" mövzusunda danışacaq.

Elnur Cəbrayılzadə haqqında:

📌Azərbaycan Dövlət Neft və Sənaye Universiteti: 2017 bakalavr məzunu (kimya mühəndisi)
📌Azərbaycan Dövlət Neft və Sənaye Universiteti: 2019 magistr məzunu (Neftin emalı texnologiyası)
📌2018-ci il SOCAR daxili təqaüd və yay təcrübə proqramlarının qalibi,
📌Neft emalı sənayesində 4 illik təcrübə

📅Tarix: 14.08.2023
⏰Saat: 21:00
♦️Platforma: Zoom
⏳Son qeydiyyat tarixi: 11.08.2023 saat 18:00
🌐Təlimin keçiriləcəyi dil: Azərbaycan dili

İştirakçı seçimi zamanı ixtisas uyğunluğuna ve təlimdə iştirak etmək üçün olan motivasiyanıza baxılacaq. Yerlər məhdud saydadır,qeydiyyatdan keçməyə tələsin!

Qeydiyyat linki:https://bit.ly/45gyOlH

02/04/2023

📌 Xlorid turşusu xalq təsərrüfatında geniş istifadə edilməklə istehsal həcminə görə H2SO4 və HNO3-dən sonrakı yeri tutur. Son illərdə HCl turşusu qara metalların aşılandırılmasında sulfat turşusunu daha çox əvəz edir. Plastik kütlələrin və digər sintetik materialların istehsalının artması hidrogen xloridə olan təlabatı getdikcə artırır. Hidrogen xlorid polixlorvinilin, metalların korroziyaya davamlı qoruyucu materiallarının, aviasiya və avtomobil yanacağı üçün antidetonasiya aşqarlarının və s. istehsalı üçün vacibdir. Xlorid turşusu kimya sənayesində aktiv kömürün, xlorlu Zn, Ca, Ba, NH4-duzlarının, anilinin, difenilaminin və digər üzvi məhsulların, sintetik kauçukun xüsusi növünün (xlorprenin), boyaqların istehsalında, piy və yağın sabunlaşmasında istifadə edilir.

📌 Hidrogen xlorid turşusu bir neçə üsulla alına bilir.
1.Xörək duzu ilə H2SO4-ün təsirindən
2.Oksigenin, su buxarının iştirakı ilə xörək duzuna SO2-nin
3.Xlorun, su buxarının və kömürün qarşılıqlı təsirindən
4.Üzvi birləşmələrin xlorlaşmasından
5.H2 və Cl2-nin birbaşa sintezindən
Birinci üsulda (xörək duzunun H2SO4-lə emalı) üsulunda

2NaCl+H2SO4=Na2SO4+HCl

Proses 500-550ºC-də mufer sobalarında aparılır və bu üsul əsasən Na2SO4-ın istehsalı üçün əlverişli sayılır.
Həm texnoloji cəhətdən, həm də turşunun təmizliyinə görə HCl-un alınmasınının daha əlverişli üsulu onun elementlərdən sintezidir.

📌 Sintetik hidrogen xlorid turşusunun istehsalı aşağıdakı mərhələlərdən ibarətdir: 1.Hidrogen xlorid qazının sintezi; 2.Hidrogen xlorid qazının hidrogen xlorid turşusu əmələ gətirməklə su ilə absorbsiyası.
Hidrogen xloridin elementlərdən sintezi tərkibi 80-90% olan hidrogen xlorid qazının alınmasına imkan verir. Hidrogen xlorid qazı asanlıqla sıxıla bilir və su ilə udulması zamanı təmiz turşu alınır.
Xlor və hidrogenin stexiometrik qarışığının yanması zamanı məşəlin alovunun nəzəri temperaturu 2500 ºC- olur.

✔️Bizə dəstək üçün dostlarınızı dəvət etməyi unutmayın🙂

02/04/2023

Biz yeniləndik...

Düşünürük ki, yeniliklər və yeni başlanğıclar hər zaman yaxşıdır...

İzləmədə qalın...

Azerbaijan Engineers Union təşkilatçılığı və French-Azerbaijani University - UFAZ dəstəyi ilə Neft-qaz mühəndisliyi və K...
21/01/2023

Azerbaijan Engineers Union təşkilatçılığı və French-Azerbaijani University - UFAZ dəstəyi ilə Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi istiqamətində 8 təlimdən ibarət "Gələcəyin mühəndisləri" proqramı!

💡Proqramın məqsədi:
Aşağı kurs tələbələrinə qəbul olduqları ixtisası sevdirmək, ixtisasın əsas anlayışlarını öyrətmək, ixtisasın qolları və iş imkanları ilə tanış etməkdir.

İllərlə bu sahədə böyük təcrübə qazanmış mühəndislərdən faydalanmaq, onları dinləyib bilik və bacarıqlarınızı inkişaf etdirmək, öyrənmək istəyirsinizsə, bu proqramı qaçırmayın. Əminliklə deyirik ki, bu proqram ixtisas üzrə biliklərinizin təməli olacaq!

🧩Qəbul 2 mərhələdə aparılacaq:

1) Qeydiyyat zamanı suallara cavab və motivasiyaya əsasən;
2) Məntiq imtahanı.

2-ci mərhələdə hər ixtisas üzrə ən çox bal yığmış 30 tələbə proqramda iştirak haqqı qazanacaq.

Qeyd 1: Proqram Yalnız 1 və 2-ci kurslar üçün nəzərdə tutulub (5 illik təhsil alan 3-cü kurs tələbələri də müraciət edə bilər).
Qeyd 2: Neft-qaz mühəndisliyi üzrə proqrama Geologiya və Geofizika mühəndisliyi ixtisasında təhsil alanlar, Kimya mühəndisliyi üzrə proqrama Kimya ixtisasında təhsil alanlar da müraciət edə bilərlər.
Qeyd 3: Qeydiyyat linkindəki suallara dolğun cavab verməyiniz tövsiyyə olunur, çünki 2-ci mərhələyə keçid ona əsasən aparılacaq.

📌Proqramı cədvəli ilə qeydiyyat linkindən tanış ola bilərsiniz.
📌Proqramın sonunda iştirakçılara komandalarla iş və imtahan nəticəsinə əsasən sertifikat təqdim ediləcək.

📍Məkan: Azərbaycan Fransız Universiteti (UFAZ)
⏳️ Son qeydiyyat tarixi: 5 fevral 18:00
🌐 Proqramın keçiriləcəyi dil: Azərbaycan dili

Qeydiyyatdan keçməyə tələsin!

🔗 Qeydiyyat linki: https://bit.ly/3QNfhTJ

19/11/2022

Çox möhtəşəm, 7 dərslik "Oil Refining Masterclass"-a qeydiyyat başladı!

AZMİİB Training Centerdə Kimya mühəndisliyi ixtisasında təhsil alan tələbələr və məzunlar üçün sertifikatlı "Oil Refining Masterclass" 👇

📌 Müddəti: 7 dərs
📌Dərs müddəti: 2 saat
📌Dərslər günləri: 12-13-18-19-20-25-26 dekabr saat 18:30
📌 İnstruktor: Elnur Cəbrayızadə (SOCAR Downstream)

✅️ Masterclass sonunda iştirakçılara sertifikat təqdim olunacaq.

Qeydiyyat və ətraflı məlumat üçün şərhə + qoymağınız və ya +994 99 303 07 01 (Whatsapp) nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

Whatsapp əlaqə linki: https://bit.ly/3p8ORA2

AZMİİB Training Centerdə Kimya mühəndisliyi ixtisasında təhsil alan tələbələr və məzunlar üçün sertifikatlı "Neft və Qaz...
30/10/2022

AZMİİB Training Centerdə Kimya mühəndisliyi ixtisasında təhsil alan tələbələr və məzunlar üçün sertifikatlı "Neft və Qaz Emalı Texnologiyası" kursu 👇

📌 Kurs müddəti: 2 ay
📌 Həftədə 2 dəfə, hər dərs 2 saat
📌 İnstruktor: Elnur Cəbrayızadə (SOCAR Downstream)

✅️ Kursun sonunda iştirakçılara sertifikat təqdim olunacaq.

Qeydiyyat və ətraflı məlumat üçün şərhə + qoymağınız və ya +994 99 303 07 01 (Whatsapp) nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

Whatsapp əlaqə linki: https://bit.ly/3p8ORA2

23/10/2022
04/10/2022

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Ezino Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ezino Education:

Share