Məişət Maye Qaz QSC

Məişət Maye Qaz QSC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Məişət Maye Qaz QSC, Energy Company, Bakı, M. Mehdizadə 46, Baku.

"Məişət Maye Qaz" QSC rəsmi səhifəsi

“Məişət Maye Qaz” QSC olaraq maye və qazların istehsalı,saxlanması,nəqli və satışı,təzyiqlə sıxılmış tutumların təmiri,şəhadətləndirilməsi kimi xidmətlərlə 65 ildir ki, xidmətinizdəyik.

“Məişət Maye Qaz” QSC olaraq, bu dəyərli irsi qorumaq və gələcək nəsillərə ötürmək məqsədilə Yevlaxdakı maye qaz doldurm...
04/07/2025

“Məişət Maye Qaz” QSC olaraq, bu dəyərli irsi qorumaq və gələcək nəsillərə ötürmək məqsədilə Yevlaxdakı maye qaz doldurma stansiyamızda xüsusi muzey yaratdıq.

Bu muzey Azərbaycanın maye qaz təchizatı sahəsində keçdiyi inkişaf yolunu, istifadə olunmuş avadanlıqları özündə əks etdirir.

İrsimizə sahib çıxmaq, maye qaz sənayesinin tarixi yolunu gələcək nəsillərə tanıtmaq və milli yaddaşımıza töhfə vermək bizim üçün fəxrdir.

“Məişət Maye Qaz” QSC olaraq keçmişin təcrübəsi, bu günün məsuliyyəti və sabahın inkişafı ilə maye qaz sahəsində fəaliyyətimizi davam etdiririk.

LPG haqqında sizi maraqlandıran 5 əsas sual – Bütün bu sualların cavabı Məişət Maye Qaz QSC-də! “Məişət Maye Qaz” QSC ol...
09/06/2025

LPG haqqında sizi maraqlandıran 5 əsas sual – Bütün bu sualların cavabı Məişət Maye Qaz QSC-də!

“Məişət Maye Qaz” QSC olaraq müasir texnologiyalar, beynəlxalq standartlara uyğun xidmət və sizin təhlükəsizliyiniz üçün daim yanınızdayıq!

💡 Təhlükəsiz, dayanıqlı və ekoloji təmiz enerji üçün seçiminiz Məişət Maye Qaz olsun!

📞 Ətraflı məlumat və sifariş üçün bizimlə əlaqə saxlayın — rahatlığınızı biz təmin edək!

🔹 “Məişət Maye Qaz” QSC-də Beynəlxalq Sertifikatlar üzrə Nəzarət Auditi Uğurla Keçirildi! 🔹“Məişət Maye Qaz” QSC olaraq,...
28/04/2025

🔹 “Məişət Maye Qaz” QSC-də Beynəlxalq Sertifikatlar üzrə Nəzarət Auditi Uğurla Keçirildi! 🔹

“Məişət Maye Qaz” QSC olaraq, idarəetmədə keyfiyyət, ətraf mühitin mühafizəsi və işçi təhlükəsizliyi sahəsində beynəlxalq standartlara uyğunluğumuzu davam etdiririk.

Bu istiqamətdə ISO 9001 (Keyfiyyət İdarəetmə Sistemi), ISO 14001 (Ətraf Mühitin İdarəedilməsi Sistemi) və ISO 45001 (Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi) üzrə həyata keçirilmiş növbəti nəzarət auditi uğurla tamamlanmışdır.

Auditorların qiymətləndirməsi nəticəsində müəssisəmizin müvafiq standartların tələblərinə tam uyğun fəaliyyəti bir daha təsdiqlənmişdir. Bu, həm əməkdaşlarımızın təhlükəsizliyinə və rifahına, həm də istehlakçılarımıza təqdim etdiyimiz məhsul və xidmətlərin keyfiyyətinə olan sadiqliyimizin bariz nümunəsidir.

İrəlidə də daim inkişaf, şəffaflıq və davamlı təkmilləşmə prinsipləri ilə fəaliyyətimizi davam etdirməkdə qərarlıyıq!

Nasos-kompressor sahələrinin layihələndirilməsiŞirkətimiz nasos-kompressor sahələrinin layihələndirilməsi sahəsində yüks...
14/04/2025

Nasos-kompressor sahələrinin layihələndirilməsi

Şirkətimiz nasos-kompressor sahələrinin layihələndirilməsi sahəsində yüksək peşəkarlığa və praktik təcrübəyə malikdir. Layihələr beynəlxalq standartlara uyğun şəkildə hazırlanır, enerji səmərəliliyi, təhlükəsizlik və davamlılıq prinsipləri əsas götürülür. Mütəxəssislərimiz müasir proqram təminatlarından istifadə edərək, sistemin hər bir komponentini dəqiqliklə hesablayır və optimal şəkildə yerləşdirir.

Nasos və kompressor qurğularının düzgün seçilməsi, sistemin ümumi effektivliyini artırır və texniki xidmət xərclərini azaldır. Təqdim etdiyimiz həllər sənaye və istehsalat sahələri üçün etibarlı və uzunömürlü infrastrukturun qurulmasına zəmanət verir.

MAYE QAZ BALONLARININ SINAĞI – TƏHLÜKƏSİZ YAŞAMIN TƏMİNATIMaye qaz balonlarının düzgün istifadəsi və mütəmadi sınaqdan k...
04/04/2025

MAYE QAZ BALONLARININ SINAĞI – TƏHLÜKƏSİZ YAŞAMIN TƏMİNATI

Maye qaz balonlarının düzgün istifadəsi və mütəmadi sınaqdan keçirilməsi insanların həyat və əmlak təhlükəsizliyi baxımından son dərəcə vacibdir.

Nəzərə alın:

✅ Bütün maye qaz balonları istehsaldan dərhal sonra mütləq şəkildə texniki baxışdan keçirilməli və sınaqdan keçirilməlidir.
✅ İstifadədə olan qaz balonları hər 10 ildən bir yenidən sınaqdan keçirilməlidir.
✅ Yalnız sertifikatlaşdırılmış, üzərində sınaq haqqında məlumat qeyd olunmuş balonlardan istifadə edilməlidir.
✅ Qaz balonlarının təhlükəsizliyi üçün onlar mütləq dik vəziyyətdə saxlanmalıdır.

Unutmayın: Təhlükəsizlik təsadüf deyil – düzgün nəzarətin nəticəsidir!

🔹 “Məişət Maye Qaz” MMC Əmək Yarmarkasında! 🔹Biz işaxtaranlarla birbaşa ünsiyyətdə olaraq, onların peşəkar inkişafına də...
10/03/2025

🔹 “Məişət Maye Qaz” MMC Əmək Yarmarkasında! 🔹

Biz işaxtaranlarla birbaşa ünsiyyətdə olaraq, onların peşəkar inkişafına dəstək olmağa davam edirik! 💼✨

Dövlət Məşğulluq Agentliyi və Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Əmək Yarmarkasında fəal iştirak etdik və müxtəlif vakansiyalar üzrə namizədlərlə görüşlər keçirdik. İş imkanlarımız, karyera perspektivlərimiz və şirkətimizdə inkişaf yolları barədə məlumat verdik.

Biz inanırıq ki, bu kimi tədbirlər işaxtaranlarla işəgötürənlər arasında güclü körpü rolunu oynayır və əmək bazarının inkişafına töhfə verir.

10/03/2025
Şirkətimiz maye yanacaq doldurma məntəqələrinin, qaz doldurma obyektlərinin, qazanxanaların, təbii qaz təchizatı sisteml...
20/12/2024

Şirkətimiz maye yanacaq doldurma məntəqələrinin, qaz doldurma obyektlərinin, qazanxanaların, təbii qaz təchizatı sistemlərinin və sıxılmış təbii qaz məntəqələrinin layihələndirilməsi üzrə ixtisaslaşmışdır.

Yanacaq doldurma məntəqələrinin layihələndirilməsində təhlükəsizlik, dayanıqlılıq və müasir texnologiyalar əsas prioritetlərimizdir. Təcrübəli və peşəkar mütəxəssislərimiz müasir layihələndirmə proqramlarından istifadə edərək, müştərilərimizin ehtiyaclarına uyğun innovativ həllər hazırlayır.

Bütün layihələrimiz texniki təhlükəsizlik standartlarına tam uyğun şəkildə ekspertizadan keçirilir və müsbət rəy alır. Məqsədimiz, yanacaq doldurma məntəqələrində təhlükəsiz, keyfiyyətli və uzunömürlü həllər təqdim etməkdir.

Şirkətimiz Siyəzən layihəsi çərçivəsində maye qaz və sıxılmış təbii qaz yanacaq doldurma məntəqələrinin, təbii qaz təchi...
10/12/2024

Şirkətimiz Siyəzən layihəsi çərçivəsində maye qaz və sıxılmış təbii qaz yanacaq doldurma məntəqələrinin, təbii qaz təchizatı sistemlərinin, qazanxanaların və magistral boru kəmərlərinin layihələndirilməsi istiqamətində geniş təcrübəyə malikdir. Peşəkar mütəxəssislərimizin yüksək ixtisası və müasir layihələndirmə proqramlarından effektiv istifadə etməsi sayəsində yüksək keyfiyyətli, təhlükəsiz və etibarlı həllər təqdim edirik.

Layihələrimiz texniki təhlükəsizlik tələblərinə tam uyğun şəkildə ekspertizadan keçirilir və müsbət rəylə təsdiqlənir. Bununla biz, müştərilərimizin etibarını qazanaraq, onlara innovativ və uzunmüddətli həllər təqdim etməkdə davam edirik.

Siyəzən layihəsi çərçivəsində polad və maye qaz tutumlarının hazırlanması, yüksək təzyiq altında işləyən tutumların pasportlaşdırılması və qalıq resurslarının hesablanması xidmətləri də həyata keçirilir. Bu, həm sənaye, həm də məişət sahələri üçün etibarlı infrastrukturun yaradılmasını təmin edir.

Məişət Maye Qaz QSC-də təzyiq altında işləyən tutumların texniki diaqnostikası, avadanlıqlarımızın dayanıqlı və təhlükəs...
27/11/2024

Məişət Maye Qaz QSC-də təzyiq altında işləyən tutumların texniki diaqnostikası, avadanlıqlarımızın dayanıqlı və təhlükəsiz işləməsini təmin etmək üçün həyata keçirilən əsas proseslərdən biridir. Bu proses, tutumların istismar müddətini uzatmaqla yanaşı, onların təhlükəsizliyini qorumaq və sızmaların, eləcə də potensial problemlərin vaxtında aşkarlanmasına imkan yaradır.

Texniki diaqnostika zamanı aşağıdakı addımlar dəqiqliklə həyata keçirilir:

- Tutumun pasportundakı göstəricilərlə tutum üzərindəki həqiqi parametrlər arasındakı uyğunluğun araşdırılması
- Tutuma xarici baxışın keçirilməsi, deformasiyası və korroziyaya məruz qalan hissələrin müəyyən edilməsi
- Tutumun qalınlığının ölçülməsi
- Tutumda möhkəmliyə hesabatın aparılması
- Tutumun daxilinin yuyulması
- Tutum daxilindəki qaz konsentrasiyasının yoxlanması
- Tutum daxilinin təmizləməsi və - Tutumda daxili baxışın keçirilməsi
- Tutumun qaynaq tikişlərinin yoxlanılması
- Tutumda hidravlik sınaqların aparılması
- Qoruyucu klapanların sınağı
- Tutumda kipliyə sınağın aparılması
- Tutumun qalıq resursunun təyin olunması

Biz daima texniki standartlara uyğun işləyərək keyfiyyəti qorumağı və müştərilərimizə etibarlı xidmət göstərməyi əsas məqsəd hesab edirik. Təhlükəsiz və keyfiyyətli gələcək üçün Məişət Maye Qaz QSC-yə etibar edin!

06/11/2024

Polimer kompozit balon və polad maye qaz balonlarının sınağı Fövqəladə Hallar Nazirliyi və Məişət Maye Qaz QSC birgə əməkdaşlığı ilə təhlükəsizlik və davamlılıq standartlarının təmin edilməsi məqsədilə keçirilir. Təhlükəsizlik testləri zamanı balonların müqaviməti, dözümlülüyü və digər vacib xüsusiyyətləri yoxlanılır. Bu testlər, istifadəçilərə daha təhlükəsiz və etibarlı məhsullar təqdim etmək üçün əhəmiyyətli bir addımdır.

Təhlükəsizlik qaydalarına riayət edərək həm özünüzü, həm də ətrafınızdakıları qoruyun!
22/10/2024

Təhlükəsizlik qaydalarına riayət edərək həm özünüzü, həm də ətrafınızdakıları qoruyun!

Address

Bakı, M. Mehdizadə 46
Baku
AZ1000

Telephone

+994124895784

Website

Alerts

Be the first to know and let us send you an email when Məişət Maye Qaz QSC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Məişət Maye Qaz QSC:

Share

Category