04/08/2022
Onlayn yoxsa ənənəvi təhsil? Fərqlər və üstünlüklər nələrdir? Hansı sahələrdə təhsil növü əsas rol oynayır.
Son zamanlarda dünyanı öz ağuşuna alan Koronavirus digər sahələrə olduğu kimi təhsil sahəsinə də öz təsirini göstərmişdir. Belə ki, virusun yayılması nəticəsində təhsil ocaqlarının bağlanması onlayn təhsilin daha da aktuallaşmasına səbəb olmuşdur.
“eLearning” yaxud “distant learning” adlandırılan online təhsil, tələbə və müəllimin fiziki olaraq eyni mühitdə olma məcburiliyini aradan qaldıran, internet üzərində baş verən təhsil sitemidir. Online təhsil zamanı kompüter, peyk, video, audio, qrafik, multimedia kimi texnologiyaların vasitəsilə təhsillə bağlı məlumatlar, dərslər şagirdlərə çatdırılır, müəllim və şagird məsafə və ya vaxt baxımından ayrı olsalar da, istənilən telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilir.
Təhsilin geniş coğrafiyada əldə olunmasının təmin edilməsi, transmilli proqramların inkişafı və təklifi, təhsilin sürətini tənzimləmədəki sərbəstlik, nəqliyyat xərclərinin azalması və ya tamamilə yox olması distant təhsilin əsas üstünlükləridir. Eyni zamanda, bu sistem şagirdlərə ölkəni tərk etmədən xaricdə təhsil almaq, həm oxuyub, həm də işləmək, asudə vaxtlarını səmərəli dəyərləndirmək kimi imkanlar yaradır.
Ənənəvi təhsil sistemi isə eyni mühit şəraitində baş verir, şagirdlər bir-birləri ilə üz-üzə əlaqə qurur və müxtəlif təcrübə layihələrində iştirak edə bilir. Həmçinin, bu təhsil sistemi tələbələrə daha çox motivasiya verir və daha böyük kütlə arasında nitq özgüvəninin artmasına səbəb olur.
Bəs online yoxsa ənənəvi təhsil daha yaxşıdır?
Hər iki təhsil sisteminin özünəməxsus üstünlükləri və çatışmazlıqlarının olmasına görə bu suala cavab vermək bir qədər çətin olsa da, aparılan sorğu və araşdırmalar nəticəsində ənənəvi təhsilin hər zaman bir addım öndə olduğunu söyləmək mümkündür. Belə ki, Daymond və Blau (2008)və Yerby və Floyd(2013) tərəfindən aparılan erkən araşdırmalar, online tələbələrin ənənəvi tələbələrə nisbətən daha yaxşı performans göstərdiklərini, lakin daha yaxşı olmadığını təsbit etmişdir.