ARDNŞ (SOCAR) "Azəriqaz" İB

ARDNŞ (SOCAR) "Azəriqaz" İB “Azəriqaz” İstehsalat Birliyi

“Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazın saxlanması, emalı, nəqli, paylanması və satışını həyata keçirir. Həmçinin, “Azəriqaz” İstehsalat Birliyi hazırda ARDNŞ-nin hasil etdiyi təbii qazın İran və Gürcüstana çatdırılması ilə də məşğuldur. Tərkibində elmi-tədqiqat və istehsalat funksiyalarını yerinə yetirən 11 idarə və təşkilatı birləşdirən “Azəriqaz” İstehsalat

Birliyində alim, mühəndis, qulluqçu və texniki heyətdən təşkil olunmuş 12 600 nəfər əməkdaş fəaliyyət göstərir. İstehsalat Birliyinin elmi-texniki potensialı ölkəmizin müxtəlif regionlarını əhatə edən 1,3 milyona yaxın istehlakçının təbii qazla təchizatını təmin edir. Bu funkisiyanın icrası üçün Qaz Emalı Zavodu, 2 yeraltı qaz anbarı, 163 qazpaylayıcı stansiya, ümumi uzunluğu 34831 kilometr olan boru kəmərləri və digər çoxsaylı texniki-texnoloji obyektlərdən ibarət olan mürəkkəb texniki şəbəkənin optimal idarəetmə mexanizmi mövcuddur. ARDNŞ tərəfindən sahənin yenidən qurulması və istehsalatın müasir tələblər səviyyəsində təşkili istiqamətində həyata keçirilən geniş proqram çərçivəsində “Azəriqaz” İB-nin elmi-texniki potensialının artırılmasına xüsusi önəm verilir və nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün yeni layihələr üzərində intensiv iş aparılır.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when ARDNŞ (SOCAR) "Azəriqaz" İB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category