AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu

AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu Research institute

Aprelin 28-də görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd olunur. Azərbayc...
28/04/2026

Aprelin 28-də görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd olunur. Azərbaycan qadınlarına məxsus ləyaqətli, şərəfli bir ömür yaşamış Zərifə xanımın ad günü hər il xalqımız tərəfindən dərin hörmətlə anılır.

Azərbaycanda tibb elminin inkişafında böyük rolu olmuş görkəmli oftalmoloq-alim, Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əhəmiyyətli bir hissəsi, xüsusilə görmənin fiziologiyası və peşə patologiyası sahəsində əldə etdiyi nailiyyətlər Akademik Abdulla Qarayev adına Fiziologiya institutu ilə, onun burada yaratdığı və rəhbərlik etdiyi laboratoriya ilə bağlı olmuşdur. Bu laboratoriyanın yaradılması Fiziologiya İnstitutunun elmi fəaliyyətində biotibb yönümlü yeni bir səhifə açmışdır. Dünyada görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış laboratoriyanın Azərbaycanda yaradılması təşəbbüsü məhz Zərifə xanım tərəfindən irəli sürülmüşdür və onun yüksək təşkilatçılıq bacarığı sayəsində gerçəkləşdirilmişdir. Zərifə Əliyevanın təklif etdiyi gözün peşə xəstəliklərinin müalicəsinin yeni metodları oftalmologiya elminə mühüm töhfə kimi qiymətləndirildi. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində aparılan elmi araşdırmalara görə akademik Zərifə Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görüldü.

Zərifə xanım Əliyeva cəmi 61 il yaşayıb. Ömür vəfa etsəydi, istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görərdi.

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində yaşayacaqdır.

Fiziologiya İnstitutunun əməkdaşları da böyük alim, gözəl insan akademik Zərifə Əliyevanın əbədi xatirəsini heç vaxt unutmur.

https://physiology.az/az/news/866

27/04/2026

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən “Rəqəmsal Repozitariyaların İnkişafına Dəstək” layihəsi çərçivəsində laboratoriya avadanlıqları üzrə mərkəzi rəqəmsal repozitariya istifadəyə verilib.

Platformanın yaradılmasında əsas məqsəd ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqları haqqında məlumatları vahid rəqəmsal bazada toplamaq və tədqiqatçılar üçün bu avadanlıqlara çıxışı asanlaşdırmaqdır. Bu platforma ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqlarını vahid bazada birləşdirən ilk açıq çıxışlı rəqəmsal repozitariyadır.

Hazırda repozitariyada 29 müəssisəyə aid 2000-ə yaxın laboratoriya avadanlığı haqqında məlumat yerləşdirilib. Bazada avadanlığın adı, istehsalçı şirkəti və ölkəsi, istehsal ili, yerləşdiyi laboratoriya, şəkli, eləcə də avadanlığa məsul şəxs barədə məlumatlar təqdim olunur.

Layihə laboratoriya avadanlıqlarından daha səmərəli istifadə olunmasına, eyni avadanlığın müxtəlif qurumlar tərəfindən təkrar alınmasının qarşısının alınmasına və büdcə vəsaitlərinə qənaət edilməsinə töhfə verəcək. Eyni zamanda, platforma alim və tədqiqatçıların elmi fəaliyyətini dəstəkləməklə yanaşı, elmi, sənaye və korporativ müəssisələr arasında əməkdaşlıq imkanlarını genişləndirəcək.

Hazırda sistemdə yerləşdirilən məlumatlar davamlı olaraq yenilənir və genişləndirilir. Yaxın mərhələdə platformada elmi və ali təhsil müəssisələrinin elmi nəşrlərinin və tədqiqatçı profillərinin də yerləşdirilməsi nəzərdə tutulur.

İnventarında olan laboratoriya avadanlıqları haqqında məlumatları elmi ictimaiyyətlə bölüşmək istəyən sənaye və korporativ müəssisələr də layihəyə qoşula bilərlər.

Rəqəmsal repozitariyaya aşağıdakı keçid vasitəsilə daxil olmaq mümkündür:
https://dspace.eatda.edu.az/home

01/04/2026
19/03/2026


06/03/2026



28/11/2025

Birləşmiş Krallıqda “Wellcome Career Development Awards” proqramı üzrə müraciətlər açıq elan edilir

“Wellcome Career Development Awards” beynəlxalq elmi mühitdə müstəqil tədqiqat istiqamətinə malik, karyerasının başlanğıc və inkişaf mərhələsində olan alimlər üçün geniş imkanlar təqdim edir. Proqramın məqsədi müxtəlif sahələr üzrə yüksək potensiala malik tədqiqatçıların elmi fəaliyyətini dəstəkləmək və onların qlobal elmi əməkdaşlıqlara inteqrasiyasına şərait yaratmaqdır.

Proqram molekulyar mexanizmlər, patogen biologiyası, hüceyrə biologiyası, immunologiya, ictimai səhiyyə, neyroelm, genetika, sosial və humanitar elmlər, data elmləri və digər əlaqəli sahələr üzrə müraciətləri qəbul edir.

Uğurlu namizədlər tədqiqat proqramının məzmunu və həcminə uyğun olaraq illik təxminən £250,000 (təqr. 560,000 AZN) məbləğində maliyyə dəstəyi əldə edə bilərlər.

Müraciət üçün son tarix: 26 mart 2026, saat 19:00.

Ətraflı məlumat üçün:
https://wellcome.org/research-funding/schemes/wellcome-career-development-awards -at-a-glance

27/11/2025

Çində təqaüdlə təhsil barədə vebinar

Noyabrın 27-si saat 15:00-da Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində 2026-2027-ci tədris ilində Çində təhsil imkanlarına dair vebinar keçiriləcək.

Müraciət, sənəd qəbulu və digər suallarınızı postun rəy bölməsində qeyd edə bilərsiniz. Suallarınız canlı yayım zamanı cavablandırılacaq.

Ətraflı: https://eatda.edu.az/elanlar/htp-ile-cinde-tehsil-imkani

21/11/2025

HTP çərçivəsində Çində təhsil imkanı

2026–2027-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çin Xalq Respublikasında təhsil almaq istəyən namizədlər üçün sənəd qəbulu prosesinə start verilib. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi prinsipi əsasında qarşı tərəfin ali təhsil müəssisələrində seçdikləri ixtisas üzrə təhsil almaq imkanı təqdim edir.

Sənəd qəbulu 19 dekabr 2025-ci il saat 23:59 tarixinədək davam edəcək. Təqaüd proqramı üzrə yekun qəbul qərarlarının 2026-cı ilin iyul–avqust aylarında açıqlanması nəzərdə tutulur.

Proqram “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

HTP çərçivəsində Çində təhsil imkanları, seçim meyarları və tələb olunan sənədlərlə bağlı əlavə məlumatla elanda ətraflı tanış ola bilərsiniz.

https://htp.edu.az/uploads/fileuploads/2025/11/8571e662cd314437bbe48c636acfb796.pdf

18/11/2025

HTP çərçivəsində Macarıstanda təhsil imkanı

2026-2027-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanda təhsillə bağlı sənəd qəbulu başlayıb.

Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı təqdim edir.

Sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində 22 dekabr 2025-ci il saat 23:59-dək aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (Tempus Public Foundation) yekun qərarının 2026-cı ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Məlumat üçün bildiririk ki, təqaüd proqramı Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2024–2026-cı illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"na əsasən həyata keçirilir.

HTP çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

https://htp.edu.az/uploads/fileuploads/2025/11/664f6a338d80430787789fa78ca62fd4.pdf

12/11/2025

Learn how to communicate your research and advance your career with our free intensive training sessions taking place from Monday 21 July to Thursday 31 July 2025.

07/11/2025

Address

Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124323421

Alerts

Be the first to know and let us send you an email when AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu:

Share