Azneftmashsevice OJSC

Azneftmashsevice OJSC Azneftmaşservis ASC 30 aprel 2001-ci ildə təsis edilmişdir. kimi işlərə şərait yaradır.

Azneftmaşservis Açıq Səhmad Cəmiyyəti 30 aprel 2001-ci il Azneftkimyamaş Dövlət Şirkətinin Təchizat və Satış Mərkəzinin bazası əsasında təsis edilmişdir. Sahəsi 4.2 hektar ərazini təşkil edən şirkət 21 iyun 2002-ci ildə özəlləşdirilmişdir.
Şirkətimiz Keşlə Dəmir Yol ilə birbaşa yüklərin daşınması məqsədilə istifadə olunan dəmir yolu xəttinə malikdir. Azneftmaşservis ASC-nin fəaliyyətinə yüklərin a

lınaraq boşaldılması, anbarlarda saxlanılması və yüklənməsi kimi xidmətlər daxildir.
Şirkət hazır məhsulların və xammal materiallarının saxlanması üçün bağlı və açıq tipli anbarlara, şirkətin inzibati binasında icarə üçün nəzərdə tutulan avropa standartlarına cavab verən hazır ofislərə, sahibkarlar üçün taxta sexləri, ikimərtəbəli texniki binaya, logistika sahəsində zəruri olan kranlar, teplovozlar, vaqonlar kimi avadanlıqlara malikdir. Hazırda Azneftmaşservis ASC bir çox qurum və şirkətlərə, eləcə də, qara metal istehsalçısı olan Baku Steel Company MMC, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə yaxından əməkdaşlıq edir. Baku Steel Company MMC-nin qara metala olan ehtiyacını təmin etmək üçün Azneftmaşservis ASC-nin ərazisində metal qırıntılarının toplanması, tədarükü və çeşidlənərək satışını yerinə yetirmək məqsədi ilə hüquqi və fiziki şəxslərə müqavilə bağlanaraq obyektlər icarəyə verilir. Azneftmaşservis ASC dövlət əhəmiyyətli işlərin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq agentliyi ilə icarə müqavilələri bağlayaraq, xidmət və digər işləri yerinə yetirir. Azneftmaşservis ASC Fövqəladə Hallar Nazirliyinə məxsus yanacaq, bitum və s.yük daşıyan iri tutumlu çənlərin, maşınların müvafiq maddələrlə və üsullarla yuyularaq FHN-nin nümayəndələrinin iştirakı ilə texniki vəziyyətə gətirilməsi, texniki işarələrlə təmin olunması və mühafizəsi və s.

Address

Nərimanov Rayonu, Dərnəgül Qəsəbəsi, 2096-cı Məhəllə, Küçə 507
Baku
AZ1108

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Azneftmashsevice OJSC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share