SOCAR Polymer

SOCAR Polymer Sumgayit-based high-quality PP and HDPE producing company in Azerbaijan

“SOCAR Polymer” əməkdaşları Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanas...
08/09/2026

“SOCAR Polymer” əməkdaşları Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında keçirilən qanvermə aksiyasında iştirak etdilər.

Aksiya çərçivəsində əməkdaşlarımız könüllü olaraq qan verərək talassemiyadan əziyyət çəkən uşaqların müalicəsinə dəstək göstərdilər. Bildirildi ki, bu cür təşəbbüslər yalnız xəstələrin sağlamlığı üçün deyil, eyni zamanda cəmiyyətimizdə humanizm və həmrəylik dəyərlərinin təşviqi baxımından da böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, əməkdaşlarımız orta hesabla il ərzində müxtəlif təşkilatlar tərəfindən keçirilən 10-a yaxın qanvermə aksiyalarında iştirak edirlər.

“SOCAR Polymer” olaraq sosial məsuliyyət layihələrində fəal iştirak etməyi, xüsusilə də sağlamlıq və rifaha yönəlmiş təşəbbüslərə dəstək göstərməyi prioritet istiqamətlərimizdən biri hesab edirik.

“SOCAR Polymer” şirkətinin əməkdaşları Dubay şəhərində keçirilən “Condition Monitoring (V-CAT I)” təlimində iştirak etdi...
27/08/2026

“SOCAR Polymer” şirkətinin əməkdaşları Dubay şəhərində keçirilən “Condition Monitoring (V-CAT I)” təlimində iştirak etdilər.

Təlim çərçivəsində əməkdaşlarımız vibrasiya analizi və avadanlıqların vəziyyət monitorinqi sahəsində beynəlxalq standartlara uyğun nəzəri və praktiki biliklər əldə etdilər. İştirakçılar vibrasiyanın ölçülməsi və təhlili, spektr analizi, siqnal emalı, rezonans hadisələrinin müəyyən edilməsi, eləcə də balanssızlıq, mərkəzləşmə pozuntuları və yastıq nasazlıqları kimi geniş yayılmış avadanlıq problemlərinin diaqnostikası üzrə biliklərini inkişaf etdirdilər

Təlim praktiki məşğələlər və müasir simulyatorların tətbiqi ilə keçirildi. Bu yanaşma iştirakçılara əldə etdikləri nəzəri bilikləri real iş şəraitinə uyğun praktiki tapşırıqlar üzərində tətbiq etmək imkanı verdi.

Proqramın sonunda iştirakçılar beynəlxalq səviyyədə tanınan Mobius Institute sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərərək “CAT I” sertifikatına layiq görüldülər.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ...
26/08/2026

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

“SOCAR Polymer” şirkəti adından Mehriban xanım Əliyevanı səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və bütün fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

“SOCAR Polymer” şirkətində artıq 10-cu ildir həyata keçirilən və bu illər ərzində yüzlərlə gəncin peşəkar inkişafına müh...
21/08/2026

“SOCAR Polymer” şirkətində artıq 10-cu ildir həyata keçirilən və bu illər ərzində yüzlərlə gəncin peşəkar inkişafına mühüm töhfə verən Yay Təcrübə Proqramı 2026-cı ilin təcrübəçiləri üçün də uğurla davam edir.

Proqram çərçivəsində gənclər nəzəri biliklərini real iş mühitində tətbiq etmək, peşəkar bacarıqlarını inkişaf etdirmək və müxtəlif istiqamətlər üzrə praktiki təcrübə qazanmaq imkanı əldə edirlər. Təcrübəçilər şirkətin gündəlik fəaliyyətində yaxından iştirak etməklə yanaşı, müxtəlif layihələrə qoşulur, mütəxəssislərlə birgə çalışır və istehsalat proseslərini yerində öyrənirlər.

10 il ərzində formalaşan bu proqram gənclərin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına, öz potensiallarını kəşf etməsinə və gələcək karyera istiqamətlərini müəyyənləşdirməsinə şərait yaradır. Təcrübə müddətində iştirakçılar yalnız peşəkar biliklərini deyil, eyni zamanda komanda ilə işləmək, ünsiyyət qurmaq, məsuliyyət daşımaq və iş prosesində effektiv qərarlar qəbul etmək kimi vacib bacarıqlarını da inkişaf etdirirlər.

İnanırıq ki, 2026-cı ilin təcrübəçiləri də proqramı zəngin təcrübə, yeni biliklər və uğurlu karyera üçün faydalı imkanlarla başa vuracaqlar.

“SOCAR Polymer” şirkətində artıq 10-cu ildir həyata keçirilən və bu illər ərzində yüzlərlə gəncin peşəkar inkişafına müh...
21/08/2026

“SOCAR Polymer” şirkətində artıq 10-cu ildir həyata keçirilən və bu illər ərzində yüzlərlə gəncin peşəkar inkişafına mühüm töhfə verən Yay Təcrübə Proqramı 2026-cı ilin təcrübəçiləri üçün də uğurla davam edir.

Proqram çərçivəsində gənclər nəzəri biliklərini real iş mühitində tətbiq etmək, peşəkar bacarıqlarını inkişaf etdirmək və müxtəlif istiqamətlər üzrə praktiki təcrübə qazanmaq imkanı əldə edirlər. Təcrübəçilər şirkətin gündəlik fəaliyyətində yaxından iştirak etməklə yanaşı, müxtəlif layihələrə qoşulur, mütəxəssislərlə birgə çalışır və istehsalat proseslərini yerində öyrənirlər.

10 il ərzində formalaşan bu proqram gənclərin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına, öz potensiallarını kəşf etməsinə və gələcək karyera istiqamətlərini müəyyənləşdirməsinə şərait yaradır. Təcrübə müddətində iştirakçılar yalnız peşəkar biliklərini deyil, eyni zamanda komanda ilə işləmək, ünsiyyət qurmaq, məsuliyyət daşımaq və iş prosesində effektiv qərarlar qəbul etmək kimi vacib bacarıqlarını da inkişaf etdirirlər.

İnanırıq ki, 2026-cı ilin təcrübəçiləri də proqramı zəngin təcrübə, yeni biliklər və uğurlu karyera üçün faydalı imkanlarla başa vuracaqlar.

“SOCAR Polymer” şirkətinin Mühəndislik və Planlama şöbəsinin əməkdaşları “Effektiv profilaktik və proqnozlaşdırıcı texni...
18/08/2026

“SOCAR Polymer” şirkətinin Mühəndislik və Planlama şöbəsinin əməkdaşları “Effektiv profilaktik və proqnozlaşdırıcı texniki xidmət proqramlarının tətbiqi” mövzusunda beşgünlük təlimdə iştirak etdilər.

Texniki xidmətin planlaşdırılması üzrə bilik və bacarıqların təkmilləşdirilməsi məqsədilə keçirilən təlim müddətində iştirakçılar profilaktik və proqnozlaşdırıcı texniki xidmət strategiyaları, texniki xidmətin planlaşdırılması və cədvəlləşdirilməsi, Kompüterləşdirilmiş Texniki Xidmətin İdarəetmə Sisteminin (CMMS) tətbiqi, proqnozlaşdırıcı texniki xidmət texnologiyaları, eləcə də Əsas Performans Göstəriciləri (KPI) vasitəsilə texniki xidmət fəaliyyətinin monitorinqi üzrə nəzəri və praktiki biliklər əldə etdilər.

Təlim çərçivəsində əldə olunan biliklərin texniki xidmət proseslərinin daha səmərəli planlaşdırılmasına, mümkün avadanlıq nasazlıqlarının əvvəlcədən müəyyənləşdirilməsinə, texniki xidmət fəaliyyətlərinin optimallaşdırılmasına, avadanlıqların etibarlılığının artırılmasına və əməliyyat səmərəliliyinin yüksəldilməsinə töhfə verməsi nəzərdə tutulur.

“SOCAR Polymer” şirkətinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xəzər Gün...
14/08/2026

“SOCAR Polymer” şirkətinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xəzər Günü”nə həsr olunmuş sahil təmizliyi aksiyasında növbəti dəfə iştirak etdilər.

Ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və ekoloji məsuliyyətin təşviqi məqsədilə keçirilən aksiyada şirkətimizin 13 nəfər əməkdaşı fəal iştirak edərək sahilyanı ərazilərin məişət tullantılarından təmizlənməsinə öz töhfələrini verdilər. Təmizlik zamanı ərazidə müxtəlif növ tullantılar toplanaraq çeşidləndi və ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirildi.

“Xəzər Günü”nə həsr olunan bu cür təşəbbüslər Xəzər dənizinin və onun sahil ekosistemlərinin qorunmasının vacibliyinə diqqət çəkir, eyni zamanda cəmiyyətdə ekoloji davranış və məsuliyyətli yanaşmanın formalaşmasına xidmət edir.

“SOCAR Polymer” ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə və davamlı inkişaf məqsədlərinə töhfə verən sosial layihələrdə fəal iştirak etməyə davam edir.

“SOCAR Polymer” şirkətində artıq 10-cu ildir həyata keçirilən Yay Təcrübə Proqramının builki iştirakçıları üçün istehsal...
14/08/2026

“SOCAR Polymer” şirkətində artıq 10-cu ildir həyata keçirilən Yay Təcrübə Proqramının builki iştirakçıları üçün istehsal sahəsi ilə tanışlıq səfəri təşkil olundu.
Ofis ərazisində fəaliyyət göstərən 22 təcrübəçinin iştirak etdiyi səfərin əsas məqsədi gəncləri istehsalat sahəsi, texnoloji proseslər və zavodumuzun fəaliyyət istiqamətləri ilə yaxından tanış etmək idi.

Səfər çərçivəsində təcrübəçilər əməkdaşlarımızın müşayiəti ilə idarəetmə otağı, laboratoriya və qablaşdırma bölmələrini gəzərək istehsal prosesinin müxtəlif mərhələləri ilə tanış oldular. Mühəndislərimiz tərəfindən iştirakçıların sualları cavablandırıldı, onların istehsalat və texniki proseslərlə bağlı maraqlandıqları məqamlar ətraflı izah edildi.

Bu cür səfərlər ofis ərazisində çalışan təcrübəçilərə istehsalat prosesini yaxından görmək, gündəlik fəaliyyətlərinin zavod əməliyyatları ilə əlaqəsini daha yaxşı anlamaq, müxtəlif funksiyalar arasında əməkdaşlığın əhəmiyyətini görmək və “SOCAR Polymer”dəki iş mühitini daha bütöv şəkildə tanımaq imkanı yaradır.

“SOCAR Polymer”də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əmə...
06/08/2026

“SOCAR Polymer”də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə ekoloji maarifləndirmə tədbiri keçirildi.
Ekoloji biliklərin artırılmasının və müəssisələrdə ekoloji mədəniyyətin formalaşdırılmasının əhəmiyyəti vurğulandığı bu tədbirin çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri, ekoloji məsuliyyət, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji təhlükəsizliyin təmin edilməsində hər bir fərdin rolu barədə ətraflı məlumat verildi.
İnteraktiv müzakirələr şəraitində keçən tədbir iştirakçılarda yaranan sualların cavablandırılması və fikir mübadiləsi ilə yekunlaşdı.

Gələcəyin kadrları üçün birgə addım“SOCAR Polymer” MMC-nin baş direktoru Fuad Əhmədov və Sumqayıt Dövlət Universitetinin...
06/08/2026

Gələcəyin kadrları üçün birgə addım

“SOCAR Polymer” MMC-nin baş direktoru Fuad Əhmədov və Sumqayıt Dövlət Universitetinin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli arasında keçirilən görüşdə universitet-sənaye əməkdaşlığının genişləndirilməsi və innovativ tərəfdaşlığın yeni istiqamətləri müzakirə olunmuşdur.

Görüş zamanı əmək bazarının müasir tələblərinin tədris proqramlarında əks etdirilməsi, birgə elmi-tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, həmçinin sənaye mütəxəssislərinin tədris prosesinə cəlb olunması əməkdaşlığın əsas prioritetləri kimi müəyyən edildi.

Bu tərəfdaşlıq yüksək ixtisaslı kadrların hazırlanmasına, elmi biliklərin real istehsalat təcrübəsi ilə birləşdirilməsinə və ölkəmizin davamlı sosial-iqtisadi inkişafına töhfənin verilməsinə xidmət edir.

Address

1183 S. Vurgun Str.
Sumqayıt
AZ5000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994124045330

Alerts

Be the first to know and let us send you an email when SOCAR Polymer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SOCAR Polymer:

Shortcuts

Share