Mikayılov Elsen

Mikayılov Elsen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mikayılov Elsen, Energy Company, Ali Bairamly.

“Təbii ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əg...
22/11/2025

“Təbii ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür.”
Prezident İlham Əliyevin YAP-ın VII qurultayında çıxışından

“YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır. Hazırda YAP-ın 730.354 üzvü var. “Partiy...
22/11/2025

“YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır. Hazırda YAP-ın 730.354 üzvü var. “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”
Prezident İlham Əliyevin YAP-ın VII qurultayında çıxışından

“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.” Ulu Öndər Heydər Əliyev21 noyabr 1992-ci il Azərbaycan xalqının taley...
22/11/2025

“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.”
Ulu Öndər Heydər Əliyev
21 noyabr 1992-ci il Azərbaycan xalqının taleyində yeni mərhələnin başlanğıcı oldu. Həmin gün Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi dövlətçilik tariximizin dönüş nöqtəsi kimi yaddaşlara həkk olundu. Qarışıqlığın, siyasi böhranın, hakimiyyətsizliyin hökm sürdüyü bir dövrdə xalqın iradəsindən doğan bu tarixi çağırış Azərbaycanın gələcəyini təmin edən mühüm siyasi hadisəyə çevrildi.
Bu konfransın arxasında duran qüdrətli ideya, xalqın xilaskarı və dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin müdrikliyi idi. Məhz buna görə Ulu Öndərin həmin tarixi sözləri bu gün də siyasi xəttin ideoloji dayağını təşkil edir: “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.”
Bu kəlam partiyanın keçmişinə qiymət, bu gününə arxa, gələcəyinə isə böyük inanclar üzərində qurulmuş strateji baxışdır. 1992-ci ildə Azərbaycan parçalanma təhlükəsi ilə üz-üzə qaldığı vaxtda xalq ruhen və siyasi baxımdan böyük bir dayağa ehtiyac duyurdu. Həmin məqamda 91 nəfər ziyalının tarixi müraciəti ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Bu addım təkcə bir siyasi təşkilatın yaradılması deyildi – bu, dövlətçiliyin xilas edilməsi, milli birliyin bərpası üçün atılmış cəsarətli bir qərar idi. Rayonlarımızın hər birində olduğu kimi, bizim bölgəmizdə də həmin dövrdə vəziyyət ağır idi. İnsanlar sabahına ümid tapmaqda çətinlik çəkir, ölkədə baş verən proseslərə narahatlıqla yanaşırdılar. Hakimiyyət böhranı fonunda rayonlarımız işğal olunur, tarixi dədə-baba torpaqlarımız düşmən tapdağına çevrilordi. YAP-ın təsis olunması xalqın içində ümid işığı yandırdı. Hər bir kənddə, hər bir qəsəbədə insanlar artıq Azərbaycanın qurtuluşunun mümkünlüyünə inanmağa başladı. Bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolla sabit şəkildə irəliləyir. Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiya təkcə siyasi qüvvə deyil, həm də millətin milli inkişaf platformasıdır. 44 günlük Vətən müharibəsində Qələbə, ərazi bütövlüyümüzün bərpası, Qarabağda tam suverenliyin təmin edilməsi – bunların hamısı YAP-ın siyasi kursunun qüdrətini təsdiqləyən tarixi nailiyyətlərdir. Bu gün rayon səviyyəsində həyata keçirilən sosial-iqtisadi layihələr, yeni infrastruktur, yollar, içməli su və elektrik təchizatı, kənd təsərrüfatı layihələri YAP-ın bölgələrə göstərdiyi yüksək diqqətin nəticəsidir. Biz bu inkişafı öz həyatımızda hər gün görürük, hiss edirik. Ulu Öndər Heydər Əliyevin uzaqgörən ideyası YAP-ı təkcə dünənin və bu günün deyil, həm də gələcəyin partiyasına çevirmişdir. Bu gün işğaldan azad olunmuş torpaqlarda aparılan geniş quruculuq işləri, “Böyük Qayıdış” proqramı, yeni şəhərlərin salınması, ağıllı infrastruktur layihələri Azərbaycan dövlətinin gələcək nəsillər üçün hazırladığı möhkəm təməl deməkdir. Hər bir üzvümüz YAP-ın ideyalarını genişləndirmək, dövlətçilik ənənələrimizi möhkəmləndirmək, gəncləri vətənpərvərlik ruhunda formalaşdırmaq üçün ardıcıl fəaliyyət göstərir, gələcəyin güclü Azərbaycanını qurmaq üçün partiya olaraq həm təşkilati, həm siyasi, həm də sosial istiqamətlərdə məsuliyyətlə çalışırıq.

Yeni Azərbaycan Partiyası təkcə siyasi institusional qurum deyil, həm də dövlətçilik məktəbidir. Bu gün partiyanın hər bir üzvü Ulu Öndərin düşündüyü mükəmməl dövlət modelinin daşıyıcısıdır. YAP Azərbaycançılıq ideyasının, milli həmrəyliyin və inkişafın əsas aparıcı qüvvəsi olaraq tarix səhnəsində öz mövqeyini daha da möhkəmləndirir.

21 noyabr 1992-ci ildə keçirilən YAP-ın təsis konfransı bir xalqın taleyini dəyişdi. YAP bu gün də Azərbaycanın siyasi və ideoloji dayağı olaraq fəaliyyət göstərir və gələcəyin daha qüdrətli dövlətinin qurulması yolunda aparıcı rol oynayır.

Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.” Bu sözlər bizim üçün şüar deyil, fəaliyyət proqramıdır. Rayon təşkilatı olaraq biz bu missiyanın şərəfli daşıyıcılarıyıq və bundan sonra da dövlətçiliyimizin möhkəmlənməsinə, Azərbaycanımızın inkişafına sədaqətlə xidmət edəcəyik.

Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurət idi.Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ...
22/11/2025

Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurət idi.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Ümummilli Lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. YAP Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başladı. YAP müxalifət partiyası kimi yaransa da, onun hakimiyyətə münasibətdə tutduğu mövqe konstruktiv xarakter daşıyırdı.
Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında partiyanın yeni sədri - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir.
YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır. “YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır. Hazırda YAP-ın 730 min 354 üzvü var. “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq” deyə ölkə Prezidenti cənab İlham Əliyevin YAP-ın VII qurultayında qeyd etmişdir.
2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır;
YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir.
Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb.
Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbul olunmuş qərarlar partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident cənab İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.

YAP xalqın partiyasıdır.Müasir demokratiya siyasi partiyalar olmadan işləyə bilməz. Siyasi və ictimai həyatın mərkəzində...
22/11/2025

YAP xalqın partiyasıdır.
Müasir demokratiya siyasi partiyalar olmadan işləyə bilməz. Siyasi və ictimai həyatın mərkəzində dayanan partiyalar zəifdirsə, yaxşı işləmirsə, bu, bütöv bir cəmiyyətin inkişafdan geri qalması deməkdir. Əksinə, ölkədə partiya sistemi nə qədər güclüdürsə, inkişaf da bir o qədər sürətlidir. Bu, siyasi partiyalar və demokratiya haqqında illərlə edilən müzakirələrin ümumi və güclü konsensusudur. Güclü partiyalar demokratik inkişafın önünü açdığı qədər, geriləmənin də qarşısını ala bilir. Tarix boyu sübut olunub ki güclü, sabit siyasi partiyalar yaxşı fəaliyyət göstərdikdə demokratiyanın ən vacib sütunları qismində çıxış edirlər. Güclü partiya sistemləri demokratiyada legitimliyi tələb edir, məmnuniyyəti təşviq edir və bütün cəmiyyəti səfərbər vəziyyətdə saxlayır. Güclü, sabit siyasi partiya geosiyasi və geoiqtisadi amillərlə də birbaşa bağlıdır. Belə ki, güclü olan siyasi partiya idarəetmə qabiliyyətini artırır və siyasətçilərə məsuliyyətli iqtisadi siyasət yürütmək və ictimai mallara investisiya qoymaq, ölkəyə kapital cəlb etmək üçün stimul yaradır. Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatının, iqtisadi sahənin və cəmiyyətin əsas işçi qüvvəsidir. Tarixin bütün çətin dövrlərdən uğurla keçən bu ümumxalq partiyası siyasət gündəliyini idarə etməyin, ayrı-ayrı maraq qrupları və tərəflərlə etibarlı sövdələşmələr aparmağın yollarını hər zaman düzgün müəyyən etməyi bacarmışdır. Milli maraqlar kontekstində son dərəcə zəruri olan bu amilin öhdəsindən gəldiyi üçün YAP cəmiyyətdə həqiqi nüfuz sahibidir.

Siyasi partiyalar demək olar ki, hər bir demokratiyanın mərkəzindədir. Fərdi siyasətçilərdən başqa, partiyalar vətəndaşların ən çox qarşılıqlı əlaqədə olduğu aktordur. Yeni Azərbaycan Partiyası siyasətçilər üçün qarşılıqlı əlaqə imkanı, siyasi platforma, sağlam rəqabət mühiti təqdim edir. YAP həm də güclü, effektiv siyasi partiya olmaqla yanaşı, vətəndaşların demokratiyadan uzaqlaşmasının qarşısını alır. Bununla belə, Partiyamız demokratik partiya sistemlərini ideoloji baxımdan tətbiq edir, ölkənin bütün təlim-tərbiyə ocaqlarında dövlətçiliyimizin güclü əsasları haqqında fundamental bazis, ilkin anlayışlar formalaşdırılır. Partiyaların sayı demokratik ölkələrdə mövcud olan təmsilçilik və hesabatlılıq arasındakı güzəştə birbaşa təsir göstərir. Daha çox partiya ilə təmsil olunan daha çox baxış, nəzər nöqtəsinə çevrilir, lakin hökumətdəki partiyaların sayı artdıqca, müəyyən bir siyasətə kimin cavabdeh olduğunu müəyyən etmək də, zəif nəticə göstərənləri vəzifədən uzaqlaşdırmaq da çətinləşir. 4 noyabr 2022-ci ildə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə zamanı səsləndirdiyimiz fikirlərin, təklif etdiyimiz məsələlərin qeydə alınması o nəticəyə gətirib çıxartdı ki, deməli, siyasi səhnədə kəmiyyət deyil, keyfiyyət lazımdır.

Yeni Azərbaycan Partiyası güclü institusional sistem qurmağı, təşkilatlanmağı, milli maraqlar uğrunda mübarizə aparmağı hər zaman bacarmışdır. 2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərarla Partiyamızın yeni Nizamnaməsinin, 40 nəfər tərkibdən ibarət İdarə Heyətinin, 13 nəfərdən ibarət Təftiş Komissiyasınin və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibinin təsdiq edilməsi siyasi sistemimizdə yeni reallıqların baş tutmasının, daha işlək mexanizmin tətbiqinin nəticəsidir.

Qurultayda alınan hər bir qərar, müraciət edilən hər bir ritorika, xüsusilə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin keçmişə şəffaf baxışı, gələcəyə olan aydın vizyonu qədər qadın siyasətçiləri sevindirən mühüm, tarixi bir hadisə də baş tutdu.Azərbaycan xalqının, məhz Azərbaycan qadının böyütdüyü qəhrəman oğullarımızın canı-qanı bahasına torpaqlarımızı yad tapdağından azad etdikdən sonra yaratdığımız yeni reallıqlarda qadının siyasətdəki obrazına, roluna sanki yenidən nəzər yetirildi. YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında çoxdan arzusunda olduğumuz qərarla-Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində hörmətli Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilidi. Şübhəsiz ki, bu təyinat yüksək etimad demək idi. Bu həm də vitse-prezidentlik institununun özünü artıq tam təsdiqi anlamına gəlirdi. Bu gün hörmətli Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını fəal ictimai-siyasi fəaliyyətlə məşğul olur, sosial məsuliyyəti, vətəndaş mövqeyini düzgün dərk edən qadınlar ordusu formalaşır ki, məhz bu amilin özü cəmiyyətimizin, gələcək nəslin sağlam əsaslarla inkişafı deməkdir.

Yeni Azərbaycan Partiyasına mənsubiyyət cəmiyyətin gözündə nüfuz sahibi olmaq deməkdir. Bu isə illərə dayanan ikitərəfli fəaliyyətin nəticəsidir. O baxımdan ikitərəfli ki, Yeni Azərbaycan Partiyası öz sıralarına üzv seçmə işində olduqca seçici davrandığı kimi, zənn edirəm ki, ən az o qədər də bu üzvlər Partiyanın ictimai nüfuzunu daha da qaldırmaq üçün əzmlə, sədaqətlə xidmət etməlidirlər. Söhbət ritorikada xidmətdən deyil, əməldə sədaqətdən keçir. Bunun isə ən düzgün yolu aid olduğun sahənin peşəkarı olmaq istiqamətində atdığın qətiyyətli addımlarla düz mütənasib olmalıdır.

İnsanın, vətəndaşın, əqidədaşın mövqeyi hər zaman, hər yerdə bilinməlidir. Hər gün yenilənən, müasirləşən, daim inkişafda olan Partiyamızda güclü, savadlı əqidədaşlar bazası formalaşmışdır. “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”. Məhz bu kəlamla formalaşan belə əqidədaşlar Ümummilli Liderimiz Heydər Əliyevin müdrik kəlamını fəaliyyətlərində ana xətt olaraq müəyyənləşdirir, onu atılan hər addımda yaddaş kitabçası olaraq görürlər, Yeni Azərbaycan Partiyasının dünəninə, onun ideallarına sadiq qalmaqla bu günün və gələcəyin partiyasını daha da inkişaf etdirmək yolunda əzmlə irəliləyirlər. Ulu Öndər Heydər Əliyev deyirdi ki, "Həyatda insan hər şeyi öyrənir, iki keyfiyyətdən başqa: sədaqət və cəsarət, bu keyfiyyətlər insanın qanında olur!". Bir şəxs, ələlxüsus da bir siyasətçi üçün bundan dəqiq müəyyən edilən keyfiyyətlər ola bilməz.

Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq.Bu xoş münasibət, əlbəttə ki, çox önəmli bir am...
11/08/2025

Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq.
Bu xoş münasibət, əlbəttə ki, çox önəmli bir amildir. Bu nöqteyi-nəzərdən səfərin çox böyük əhəmiyyəti var. Bu, Prezident Trampla mənim birinci görüşümdür. Yenə də demək istəyirəm ki, görüş çox səmimi şəkildə keçdi. Onun Azərbaycanla bağlı olan bilgiləri, sözün düzü, məni təəccübləndirdi. O, bir çox məsələləri dərindən bilir. Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı bilir. Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq. Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir. Ona görə mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək;

Prezident Trampla görüşümüz çox səmimi şəkildə və dostluq şəraitində keçdi. Bir çox önəmli məsələlər müzakirə edildi. Ey...
11/08/2025

Prezident Trampla görüşümüz çox səmimi şəkildə və dostluq şəraitində keçdi.
Bir çox önəmli məsələlər müzakirə edildi. Eyni zamanda, bildiyiniz kimi, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Yəni, sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır və artıq mənim göstərişimlə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Biz öz təkliflərimizi irəli sürəcəyik. Artıq mənim səfərim çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilmişdir. Yəni, biz vaxt itirmək istəmirik. Onsuz da əvvəlki administrasiya dövründəki dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun administrasiyasının nümayəndələrinin - komandasının Azərbaycana olan müsbət münasibətini, yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşlərdən və mətbuat konfransındakı ab-havadan hiss ediblər;

- Cənab Tramp Nobel Sülh mükafatına layiqdir.Mən təklif etmək istəyirəm. Bəlkə biz Baş nazir Paşinyanla razılaşaraq birg...
11/08/2025

- Cənab Tramp Nobel Sülh mükafatına layiqdir.
Mən təklif etmək istəyirəm. Bəlkə biz Baş nazir Paşinyanla razılaşaraq birgə bir təşəbbüs də irəli sürək, Nobel sülh mükafatının sülh komitəsinə göndərək ki, cənab Tramp bu mükafata layiqdir. Müharibə içində olan iki ölkənin rəhbərləri kimi bu tarixi imzalanma mərasimində iştirak etmək həqiqətən də real bir nailiyyətdir və heç kəs bu nailiyyətə imza ata bilmirdi. Burada bir çox prezident olub. 1990-cı illərdən fəaliyyət göstərən fərqli prezidentlər olub və faktiki olaraq mənim erməni həmkarım ilə 1992-ci ildən başlayan Minsk prosesinə son qoyduq. ATƏT-in Minsk qrupu artıq 30 il idi ki, fəaliyyət göstərirdi. Bəs, indi Prezident Tramp deyilsə, bu sülh mükafatına kim layiqdir? Mən tarixə, çox qəribə qərarlara varmaq istəmirəm. Sülh Komitəsi bəzilərinə, ümumiyyətlə, həyatda bir iş görməyən adamlara bu mükafatı verib. Amma Prezident Tramp cəmi altı ay ərzində möcüzəyə imza atdı və əminəm ki, mənim Ermənistandan olan həmkarım bu təşəbbüsü dəstəkləyəcəkdir. Buradakı auditoriyada əyləşənlərin reaksiyalarına əsasən, məncə, birgə məktub tərtib edə bilərik. Ümidvaram ki, Siz də məni həmin mərasimə dəvət edəcəksiniz və məmnuniyyətlə, həmin mərasimdə iştirak edərəm

Address

Ali Bairamly

Website

Alerts

Be the first to know and let us send you an email when Mikayılov Elsen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category