27/10/2022
👉Lisey Bakı Dövlət Universiteti rektorunun və Türkiyə Dəyanət Vəqfinin səlahiyyətli şəxslərinin 13 iyun 1994-cü ildə imzaladığı protokola əsasən Azərbaycan Respublikası təhsil nazirinin 3 avqust 1994-cü il tarixli, 502 saylı əmri ilə Bakı Dövlət Universiteti nəzdində dünyəvi təhsil həyata keçirən lisey olaraq fəaliyyətə başlamışdır.
Liseyin bütün xərcləri Türkiyə Dəyanət Vəqfi tərəfindən qarşılanmaqdadır.
Liseyin ilk məzun buraxılışı 2001-ci ildə olmuşdur. Məzunlar Azərbaycanın ali məktəbləri başda olmaqla, Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, İsveç, İngiltərə, Polşa, Bolqarıstan və başqa Avropa universitetləri daxil olmaqla dünyanın 40-dan çox ölkəsində təhsilini başa vurmuş, ya da hal-hazırda təhsillərini davam etdirirlər.
✔️Qəbul şərtləri:
Liseyə cari tədris ilidə 5 və 8-ci sinifdə oxuyan şagirdlər sənəd verə bilər.
İmtahan fənləri:
V siniflər:
- Azərbaycan dili
- Riyaziyyat
- İngilis dili
- Tarix
📌Hər il 130-140 şagird qəbul edilir.
VIII siniflər:
- I qrup - Azərbaycan dili, riyaziyyat, ingilis dili, fizika, kimya
- II qrup - Azərbaycan dili, riyaziyyat, ingilis dili, coğrafiya, tarix
- III qrup - Azərbaycan dili, riyaziyyat, ingilis dili, ədəbiyyat, tarix
- IV qrup - Azərbaycan dili, riyaziyyat, biologiya, fizika, kimya
📌Hər il 25-30 şagird qəbul edilir.
🔶Ünvan: Bakı şəh. Nəsimi ray. B.Bağırova küç. (Zabitlər parkının yanı)