UNEC Business Center

UNEC Business Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UNEC Business Center, Science, Technology & Engineering, İstiqlaliyyət, 6, Baku.

Mərkəz UNEC-in intellektual potensialının tətbiqi istifadəsi üzrə effektivliyinin artırılması, müəllim-tələbə heyətinin əqli fəaliyyətinin kommersiyalaşdırılmasını həyata keçirir.

🏆 UNEC-in Enactus komandası Milli Yarışda II yerə layiq görülüb!Komandamızı 2026-cı il “Enactus Azərbaycan Milli Yarışı”...
31/08/2026

🏆 UNEC-in Enactus komandası Milli Yarışda II yerə layiq görülüb!

Komandamızı 2026-cı il “Enactus Azərbaycan Milli Yarışı”nda qazandığı II yer münasibətilə təbrik edir, hər bir komanda üzvünə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Yarışda komanda tərəfindən innovativ həll kimi təqdim olunan Smart Helmet layihəsi artıq bazara çıxış mərhələsindədir və ilk satışları həyata keçirilib.🚀

Komandamız növbəti mərhələdə Azərbaycanı “Enactus World Cup 2026” çempionatının “Early Stage” yarışmasında təmsil edəcək. Dünya Kuboku bu il Braziliyada keçiriləcək.🌎

Azərbaycan Dövlət İqtisad Universiteti UNEC Enactus Azerbaijan

Startup ideyasının bazar potensialını qiymətləndirərkən rəqabəti araşdırmaq vacibdir. Rəqiblərin mövcudluğu yalnız rəqab...
28/08/2026

Startup ideyasının bazar potensialını qiymətləndirərkən rəqabəti araşdırmaq vacibdir. Rəqiblərin mövcudluğu yalnız rəqabət mühitini deyil, həm də bazarda müəyyən ehtiyacın formalaşdığını göstərə bilər. 📊

Mövcud həlləri, onların güclü və zəif tərəflərini təhlil etmək məhsulun bazar ehtiyaclarına uyğunlaşdırılmasına və fərqləndirici dəyərin müəyyənləşdirilməsinə kömək edir.

İdeyanın bazardakı mövqeyini düzgün müəyyənləşdirmək onun inkişaf istiqamətinin formalaşdırılmasında mühüm rol oynayır. UNEC Biznes Mərkəzi ideyaların formalaşmasından onların innovativ layihəyə çevrilməsinə qədər dəstək göstərir.🚀

Startup ideyası necə formalaşır? 🚀Uğurlu məhsul yaratmaq üçün yalnız kreativ ideyaya sahib olmaq kifayət deyil. Güclü id...
25/08/2026

Startup ideyası necə formalaşır? 🚀

Uğurlu məhsul yaratmaq üçün yalnız kreativ ideyaya sahib olmaq kifayət deyil. Güclü ideyanın arxasında real problem, bu problemi yaşayan istifadəçi və onun ehtiyacına cavab verən həll dayanır.

Doğru sualları vermək ideyanın potensialını daha aydın görməyə, düzgün istiqaməti müəyyənləşdirməyə və onu daha sağlam təməl üzərində inkişaf etdirməyə imkan verir. Bu inkişaf yolunda UNEC Biznes Mərkəzi ideyanın formalaşmasından onun innovativ layihəyə çevrilməsinə qədər dəstək göstərir. 💡

MVP nədir və niyə vacibdir? 🚀MVP (Minimum Viable Product) — məhsulun əsas funksiyalarını özündə birləşdirən ilkin versiy...
12/08/2026

MVP nədir və niyə vacibdir? 🚀

MVP (Minimum Viable Product) — məhsulun əsas funksiyalarını özündə birləşdirən ilkin versiyasıdır. Məqsəd ideyanı böyük resurs sərf etmədən real istifadəçilərlə test etmək, ilkin rəyləri toplamaq və məhsulu bazarın ehtiyaclarına uyğun inkişaf etdirməkdir.

Böyük məhsullar mükəmməl başlanğıcla deyil, düzgün ilk addımlarla formalaşır.💡

UNEC Biznes Mərkəzinin İnkubasiya Proqramını uğurla başa vuran layihə robototexnika üzrə dünya çempionu olub!🏆Rəqəmsal İ...
10/08/2026

UNEC Biznes Mərkəzinin İnkubasiya Proqramını uğurla başa vuran layihə robototexnika üzrə dünya çempionu olub!🏆

Rəqəmsal İqtisadiyyat fakültəsinin Kompüter elmləri ixtisasının IV kurs tələbəsi Aşurbəy Məmmədzadə Böyük Britaniyada keçirilən International World Innovative Student Exhibition – iWISE 2026 Dünya Finalında uğurlu nəticə əldə edib.

2–7 avqust 2026-cı il tarixlərində University of Surrey-də keçirilən Dünya Finalında 25 ölkədən iştirakçılar elm, texnologiya, innovasiya və robototexnika istiqamətləri üzrə mübarizə aparıblar.

Azərbaycan heyətinin iWISE yarışmasında iştirakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Aşurbəy Məmmədzadə iWISE 2026-nın ilkin seçim mərhələlərindən biri olan Virtual Finalda qızıl medal qazanaraq Dünya Finalına vəsiqə əldə edib. Daha sonra JoshuaTech komandası ilə finalda çıxış edən UNEC tələbəsi Robotics – Maze Solving Robot kateqoriyasında mübarizə aparıb.

Dünyanın müxtəlif ölkələrindən 18 komandanın iştirak etdiyi kateqoriyada JoshuaTech bütün rəqiblərini qabaqlayaraq I yeri qazanıb və dünya çempionu olub.🥇

Aşurbəy Məmmədzadə beynəlxalq yarışa hazırlıq dövründə UNEC Biznes Mərkəzinin inkubasiya proqramını uğurla tamamlayıb. Proqram çərçivəsində onun innovativ layihələrinin inkişafı və beynəlxalq platformalara hazırlığı dəstəklənib.🚀

Maze Solving Robot kateqoriyasında iştirakçılar labirint daxilində avtonom hərəkət edən, sensorlardan daxil olan məlumatları emal edən və optimal marşrutu müəyyənləşdirən robot sistemlərinin hazırlanması və proqramlaşdırılması üzrə yarışırlar.🤖

iWISE elm, texnologiya və innovasiya sahəsində fəaliyyət göstərən beynəlxalq MILSET şəbəkəsi ilə əməkdaşlıq edir və CATS Global Schools tərəfindən akkreditasiya və sertifikasiyaya malikdir. Yarışın 2026-cı il Dünya Finalına Böyük Britaniyanın University of Surrey universiteti ev sahibliyi edib.

25 ölkədən iştirakçıların qatıldığı iWISE 2026 Dünya Finalında Maze Solving Robot kateqoriyası üzrə qazanılan dünya çempionluğu Aşurbəy Məmmədzadənin robototexnika və texnoloji innovasiyalar sahəsində beynəlxalq səviyyədə əldə etdiyi mühüm nailiyyətlərdən biri olub.

07/08/2026

Əziz UNEC tələbələri! Maraq dairənizə və inkişaf hədəflərinizə uyğun klubu seçərək UNEC Biznes Mərkəzinin innovasiya ekosisteminin bir hissəsi olun.

🔹 FinTech Club
🔹 EcoTRACK Club
🔹 AvatarBeyinlər Club
🔹 İnnoTester Club

📌 Qeydiyyat üçün link:
https://forms.gle/KFsRwaghnJ53VWcq8

🚀 UNEC Biznes Mərkəzinin klublarına qeydiyyat başladı!İdeyanı inkişaf etdirmək, yeni bacarıqlar qazanmaq və real layihəl...
06/08/2026

🚀 UNEC Biznes Mərkəzinin klublarına qeydiyyat başladı!

İdeyanı inkişaf etdirmək, yeni bacarıqlar qazanmaq və real layihələr üzərində işləmək istəyirsənsə, klublarımıza qoşulmağın vaxtıdır.

Səni gözləyən imkanlar:
🔹 Peşəkar praktiki təlimlər
🔹 Təcrübəli mentor dəstəyi
🔹 Layihələr üçün maliyyə dəstəyi
🔹 Yerli və xarici bazara çıxış imkanları

📌 Qeydiyyat linki: https://forms.gle/MfBwnsbbUehVJaoW6

Uğurlu startup ideyası necə seçilir? Məhsul yaratmazdan əvvəl bilməli olduğunuz 5 məqam 💡​İdeyanızın bazarda həqiqətən t...
02/08/2026

Uğurlu startup ideyası necə seçilir?
Məhsul yaratmazdan əvvəl bilməli olduğunuz 5 məqam 💡
​İdeyanızın bazarda həqiqətən tələbat görüb-görməyəcəyini dəqiqləşdirmək üçün bu addımları izləyin:
​Problemi düzgün təyin edin: İdeyanız real bir çətinliyi həll edir, yoxsa sadəcə maraqlı konseptdir?
​Hədəf auditoriya ilə danışın: Potensial müştərilərlə azı 20-35 müsahibə keçirin.
​Rəqibləri təhlil edin: Analoji həllər təklif edən şirkətlərin zəif tərəflərini tapın.
​MVP (Minimum İşlək Məhsul) yaradın: Minimum büdcə ilə ideyanın ilkin versiyasını sınaqdan keçirin.
​Əks-əlaqə toplayın: Ən azı 20 nəfər istifadəçilərin rəyləri əsasında məhsulu təkmilləşdirin.
​📌 Sizin də biznes ideyanız var? UNEC Biznes Mərkəzinə müraciət edərək ekspert dəstəyi ala bilərsiniz.

01/08/2026

Hər innovasiya bir ideya ilə başlayır.💡

İdeyanızı bizimlə birlikdə məhsula çevirək!

UNEC Biznes Mərkəzinin dəstəyi ilə “HydroSense” layihəsi yeni mərhələdə: İnnovativ monitorinq sistemindən investisiya im...
30/07/2026

UNEC Biznes Mərkəzinin dəstəyi ilə “HydroSense” layihəsi yeni mərhələdə: İnnovativ monitorinq sistemindən investisiya imkanları əldə etmişdir.
Hidroenergetika sahəsində təhlükəsizliyi və effektivliyi artırmaq məqsədilə yaradılan “HydroSense” startapı inkişafının kommersiyalaşma və bazara çıxış mərhələsinə qədəm qoyub. Beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanan layihə UNEC Biznes Mərkəzinin yenilənmə inkubasiya proqramı çərçivəsində dəstəklənərək artıq ilkin əməkdaşlıq və investisiya təklifləri alıb.
“HydroSense” hidroelektrik stansiyalarında turbinlərin vəziyyətini real vaxt rejimində izləyən ağıllı monitorinq sistemidir. Platformaya ötürülən göstəricilər süni intellekt vasitəsilə analiz olunur, bu da mövcud və ehtimal edilən nasazlıqları öncədən müəyyənləşdirməyə imkan verir. Nəticədə mühəndis və operatorlar potensial problemləri böyümədən aradan qaldıra bilirlər.
Hazırda işlək prototipi mövcud olan layihə çərçivəsində gələcəkdə sənaye tipli sensorlara keçid edilməsi və cihazın enerji təminatının birbaşa turbinin öz hərəkətindən əldə olunması planlaşdırılır. Əsas məqsəd stansiyalarda təhlükəsizliyi maksimuma çatdırmaq, texniki xidmət xərclərini azaltmaq və enerji istehsalının fasiləsizliyini təmin etməkdir.
İnkubasiya proqramı sayəsində bazara daxilolma və tərəfdaşlıq mərhələsindəki maneələri geridə qoyan “HydroSense”, sənayedə rəqəmsal transformasiyaya töhfə verməyə hazırlaşır.
UNEC Biznes Mərkəzi olaraq innovatorlarımızın ideyadan sənaye tətbiqinə qədər olan inkişaf yolunu dəstəkləyir, texnoloji həllərin reallaşmasına şərait yaradırıq.

Address

İstiqlaliyyət, 6
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when UNEC Business Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share