21/10/2025
KATALİZATOR:
Katalizator avtomobildə işlənmiş qazların ixrac sisteminin ən vacib hissələrindən biridir. O, ixrac sisteminin sonlarında deyil, mühərrik blokuna yaxın yerləşir və onun əsas funksiyası avtomobildən ixrac olunan zərərli qazların qarşısını almaqdır. Katalizatorun daxilində minlərlə kiçik boruya bənzər boşluqlar vardır ki, mühərrikdən çıxan zərərli qazlar (azot oksidi, karbon monoksidi və karbohidrogen) bu boruların içərisinə daxil olub daha zərərsiz olan su, karbon qazı və ya azot formasında ixrac olunurlar. Bu proses katalizatorun daxilində saniyədən də qısa bir müddət ərzində baş verir.
Katalizatorun tutulması halları tez-tez rast gəlinən hallardandır. Tutulmuş katalizator daxil olunan qazları normal şəkildə ixrac edə bilmədiyi üçün burada daha çox qızma baş verir və birbaşa mühərrikə təsir edir. Bu da mühərrikin də normadan çox qızması ilə nəticələnir.