Daşkəsən Dəmir Filiz/Dashkasan Iron Ore

Daşkəsən Dəmir Filiz/Dashkasan Iron Ore Dashkasan Iron Ore LLC was established and registered as a subsidiary legal entity of AzerGold CJSC on December 14, 2020.

“Daşkəsən Dəmir Filiz” MMC ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili məqsədilə “AzerGold” QSC tərəfindən 14 dekabr 2020-ci il tarixində ilk dəfə olaraq törəmə hüquqi şəxs qismində təsis edilib və dövlət qeydiyyatına alınıb. Məqsəd Səhmdar Cəmiyyətin irimiqyaslı layihələrindən biri olan Daşkəsən dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən bölgənin inkişafına əlavə töhfə verməkdir.

“Daşkəsən Dəmir Filiz” MMC-nin laboratoriyası beynəlxalq standartlara uyğun akkreditasiyadan keçib.Belə ki, laboratoriya...
06/02/2026

“Daşkəsən Dəmir Filiz” MMC-nin laboratoriyası beynəlxalq standartlara uyğun akkreditasiyadan keçib.

Belə ki, laboratoriya AZS ISO/IEC 17025:2020 — “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” standartı üzrə uğurla akkreditasiyadan keçərək müvafiq akkreditasiya attestatına layiq görülüb.

Sözügedən sənəd laboratoriyanın fəaliyyətinin beynəlxalq standartlara tam uyğun olduğunu, aparılan sınaq və analizlərin dəqiq, etibarlı və obyektiv nəticələr verdiyini rəsmi şəkildə təsdiqləyir.

“Daşkəsən Dəmir Filiz” MMC-nin kollektivi 20 yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Daşkəsən Şəhidlər xiyabanını ...
20/01/2026

“Daşkəsən Dəmir Filiz” MMC-nin kollektivi 20 yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Daşkəsən Şəhidlər xiyabanını ziyarət edib.

Ziyarət zamanı ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanların məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

20 Yanvar – Ümumxalq Hüzn günü 🕯Azadlıq və müstəqillik uğrunda canlarını fəda edən şəhidlərimizi qürur və ehtiramla anır...
20/01/2026

20 Yanvar – Ümumxalq Hüzn günü 🕯

Azadlıq və müstəqillik uğrunda canlarını fəda edən şəhidlərimizi qürur və ehtiramla anırıq!

“AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC-nin birgə təşəbbüsü, Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi i...
25/12/2025

“AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC-nin birgə təşəbbüsü, Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Daşkəsən rayonunda növbəti sosial yardım aksiyası həyata keçirilib.

Bu gün tarixinin ən güclü dövrünü yaşayan müstəqil Azərbaycanın güclü və müasir dövlət kimi inkişafınıntəminatçısı, xalq...
24/12/2025

Bu gün tarixinin ən güclü dövrünü yaşayan müstəqil Azərbaycanın güclü və müasir dövlət kimi inkişafının
təminatçısı, xalqımızın rifahı və dövlətimizin güclü gələcəyi üçün misilsiz xidmətlər göstərən Prezident İlham
Əliyevin doğum günüdür. Onun uzaqgörən siyasəti, qətiyyətli liderliyi və xalqımıza olan xidmət əzmi ölkəmizin
dayanıqlı inkişafının və milli həmrəyliyimizin əsasını təşkil edir.

Cənab Prezidentə möhkəm cansağlığı, uzun ömür və uğurlar arzulayır, dərin ehtiramımızı bildiririk!

Doğum gününüz mübarək, Cənab Prezident!

Bu gün müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, ölkəmizin inkişaf strategiyasının müəllifi, xalqımızın Ümummilli Li...
12/12/2025

Bu gün müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, ölkəmizin inkişaf strategiyasının müəllifi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın siyasi, iqtisadi və ictimai əsaslarını formalaşdıraraq dövlətimizin möhkəmlənməsinə misilsiz töhfələr verib. Onun zəngin dövlətçilik irsi, uzaqgörən siyasəti və ölkəmizə xidmət tarixçəsi bu gün də milli inkişafımızın əsas istiqamətlərini müəyyən edən mühüm amillərdəndir.

🕯 Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini böyük qürur və ehtiramla yad edirik.

“AzerGold” QSC və onun törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin təşkilatçılığı ilə Daşkəsən rayonunda məktəb koma...
08/12/2025

“AzerGold” QSC və onun törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin təşkilatçılığı ilə Daşkəsən rayonunda məktəb komandaları arasında basketbol turniri keçirilib.

17 Noyabr – Milli Dirçəliş Günü! Xalqımızın birlik və azadlıq uğrunda mübarizəyə başladığı gündür. Bütün dünya azərbayca...
17/11/2025

17 Noyabr – Milli Dirçəliş Günü! Xalqımızın birlik və azadlıq uğrunda mübarizəyə başladığı gündür. Bütün dünya azərbaycanlılarını bu
əlamətdar gün münasibəti ilə təbrik edirik! Həmrəyliyimiz və dövlət müstəqilliyimiz əbədi olsun!

2025-ci il noyabr ayının 13-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “Daşkəsən Dəmir Filiz” MMC-nin törəmə ş...
14/11/2025

2025-ci il noyabr ayının 13-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “Daşkəsən Dəmir Filiz” MMC-nin törəmə şirkəti “Azerbaijan Metal Company” MMC və Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti arasında illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun inşası üçün bank təyinatlı texniki-iqtisadi əsaslandırma sənədinin (TİƏ) hazırlanması üzrə müqavilə imzalanıb.

Ətraflı məlumat üçün: https://ddf.az/media/news/112

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Daşkəsən Dəmir Filiz”  MMC-nin Baş direktoru Ceyhun Əliyev və...
12/11/2025

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Daşkəsən Dəmir Filiz” MMC-nin Baş direktoru Ceyhun Əliyev və “Azerbaijan Metal Company” MMC-nin rəhbər heyəti ilə “China Export & Credit Insurance Corporation” və “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkətinin nümayəndələri arasında görüş keçirilib.

Ətraflı məlumat üçün: https://ddf.az/media/news/111

8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür. Prezident, Müzəffər Ali Baş Komandan İlhamƏ...
08/11/2025

8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür. Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin qüdrətli rəhbərliyi ilə 30 illik həsrətə 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Bu möhtəşəm
Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Zəfərimizin beşinci ildönümü
münasibətilə xalqımızı ürəkdən təbrik edirik!

Qürurumuz, iradəmiz və azadlığımızın rəmzi! Yaşasın müstəqil Azərbaycan!
18/10/2025

Qürurumuz, iradəmiz və azadlığımızın rəmzi! Yaşasın müstəqil Azərbaycan!

Address

2H Mikayil Mushfig Str
Baku
AZ1004

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125857788

Website

Alerts

Be the first to know and let us send you an email when Daşkəsən Dəmir Filiz/Dashkasan Iron Ore posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category