Memarlıq və İnşaat Agentliyi

Memarlıq və İnşaat Agentliyi Müştəri üçün fərdi tikinti və dizaynın ən sadə prosessinin təmin edilməsi Memarlıq və İnşaat Agentliyinın əsas vəzifəsidir.

Bizim üçün dizayn, yeni və daha yaxşı reallıq yaratmaq üçün vasitədir. Memarlıq və İnşaat Agentliyinin əsas fəaliyyət istiqamətləri:
İnteryer dizayn xidmətləri
Eksteryer dizayn xidmətləri
Landşaft dizaynı
Layihələndirmə və sənədləşdirmə
Layihə qiymətləndirilməsinin işlənməsi və hazırlanması
Təmir və tikinti işlərinin aparılması
Təmir və tikinti işinin bütün mərhələlərində idarə edilməsi
Dekor işlə

rinin aparılması
Memarlıq obyektlərinin işıqlandırılması
Fasad memarlıq elementlərinin dizaynı.
Öz təcrübəsi, toplanmış bilik və müasir texnologiyaların tətbiqi sayəsində Memarlıq və İnşaat Agentliyi tikinti və dizayn işlərinə ən əlverişli təkliflər təqdim edir. Biz iş və materialların ən yüksək keyfiyyətinə, tikinti qaydalarına, müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün işin minimum başlanğıc və bitirilmə müddətinə ciddi riayət olunmasına zəmanət veririk. Tərəfimizdən görülmüş bütün işlərə 1 il zəmanət verilir. Bizim üçün müştərilərimiz və nüfuzumuz dəyərlidir, buna görə də biz öhdəliklərimizi mütəmadi olaraq yerinə yetiririk, işin keyfiyyəti və icra müddəti üçün tam məsuliyyət daşıyırıq. Şirkətin heyəti ən yaxşı mütəxəssislərdən - inşaatçılardan, memarlardan, dizaynerlərdən ibarətdir. Biz ən yaxşı materiallarla işləyirik və müqaviləyə uyğun olaraq işlərimizi yerinə yetiririk və həyata keçiriləcək layihə üçün məsuliyyət daşıyırıq. Şirkətin fəaliyyətinin məqsədi müştərilərin məqbul tələb və gözləntilərinə cavab verməkdir.

Əsas prinsiplərimiz dürüstlük və şəffaflıqdır. Memarlıq və İnşaat Agentliyi müştəri ilə ünsiyyət qurarkən bu prinsiplərə riayət edir. İstədiyiniz zaman şirkətin portfoliosuna və ya şəxsən özünüz hazır obyektlərə baxaraq bizim iş nümunələri ilə tanış ola bilərsiniz. Bu, işimizin keyfiyyətini vizual şəkildə qiymətləndirməyə imkan verir. Məqsəd:
İqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən şirkətlərə layihələndirmə, tikinti və dizaynı, tikinti layihələrinin idarə olunması sahələrində geniş xidmətlər göstərməkdir
Şirkətin fəaliyyətinin uzunmüddətli perspektivlərini təmin etmək
Müştərilərimizin tələblərinə cavab verən dizayn, layihələndirilmə, tikinti, müasir daşınmaz əmlakın həyata keçirilməsi kimi bir çox işin görülməsi sayəsində rəqabət üstünlüyünə nail olmaq
Qabaqcıl texnologiyalar və müasir tikinti materiallarını tətbiq edərək, daim görülən işlərin keyfiyyət səviyyəsini artırmaq. Missiyamız:
Bizim missiyamız vaxta və hüquqlara hörmət edərək, layihələrimiz və müştəri məmnuniyyətini ən yüksək səviyyəyə qaldırmaqdır.

Address

Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Memarlıq və İnşaat Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share