10/06/2026
20-ci Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru Konqresi / İncəsənət Tədbirləri keçiriləcəkdir. Konqres Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Albaniya, Şimali Makedoniya, Bolqarıstan və digər ölkələrin universitet və elmi qurumlarının birgə təşkilatçılığı ilə təşkil olunur.
📅 Tarix: 12–13 oktyabr 2026
📍 Məkan: İsgəndərun Texniki Universiteti, İsgəndərun, Türkiyə
🎖️ Həsr olunur: Prof. Dr. Ərtəkin Salamzadənin xatirəsinə
Konqresin əsas istiqamətləri
Tarix
Arxeologiya
Mədəni irs
Restavrasiya və konservasiya
Memarlıq
Antropologiya
Folklor
Xalqşünaslıq
İncəsənət və ənənəvi sənətlər
İncəsənət tarixi
Musiqi
Ədəbiyyat
Coğrafiya
Turizm
Təhsil elmləri və digər əlaqəli sahələr.
İştirak şərtləri
Məruzələr türk və ya ingilis dilində təqdim oluna bilər.
Məruzənin ingilis dilində adı və minimum 250 sözlük ingilis dilli xülasəsi olmalıdır.
Bütün iştirakçılar məruzələrini ingilis dilində hazırlanmış PowerPoint təqdimatı ilə təqdim etməlidirlər.
Bir müəllif maksimum iki məruzə təqdim edə bilər.
Vacib tarixlər
📌 Xülasələrin qəbulu üçün son tarix: 20 iyul 2026
📌 Qəbul nəticələrinin elan olunması: 25 iyul 2026
📌 Konqresin keçirilməsi: 12–13 oktyabr 2026
İştirak haqqı
50 avro
Bu məbləğə:
iştirak sertifikatı,
konqresin elektron kitabı,
proqram kitabçası,
iştirakçı kartı,
fasilə ikramları,
qala yeməyi daxildir.
Əlavə proqram
Konqresdən sonra iştirakçılar üçün:
🏛️ Göbəklitəpə (Şanlıurfa) və
🏛️ Zeuqma (Qaziantep)
abidələrinə elmi-ekskursiya təşkil olunacaqdır.
Azərbaycan təmsilçiliyi
Konqresin təşkilatçıları, elmi və təşkilat komitələrində Azərbaycan Milli Elmlər Akademiyası, Milli Azərbaycan Tarixi Muzeyi və MIRAS İctimai Birliyinin nümayəndələri təmsil olunurlar. Konqres prezidentləri sırasında PhD Fariz Xəlilli, elmi şurada isə Qafar Cəbiyev, Abbas Seyidov, Kubra Əliyeva, Nərgiz Əliyeva, Luigi Scrinzi və digər alimlər yer alırlar.
Əlaqə
📧 [email protected]
Tarix, arxeologiya, mədəni irs, memarlıq, konservasiya, folklor və humanitar elmlərin digər sahələrində çalışan alimlər, doktorantlar, magistrantlar və müstəqil tədqiqatçılar konqresdə iştirak etməyə dəvət olunurlar.