Azneftmaşservis Açıq Səhmdar Cəmiyyəti 30 aprel 2001-ci il Azneftkimyamaş Dövlət şirkətinin Təchizat və Satış mərkəzinin bazası əsasında təsis edilmişdir. Sahəsi 4.2 hektar ərazini təşkil edən şirkət 21 iyun 2002-ci ildə özəlləşdirilmişdir.
Şirkətimiz Keşlə Dəmir Yol ilə birbaşa yüklərin daşınması məqsədilə istifadə olunan dəmir yolu xəttinə malikdir. Azneftmaşservis ASC-nin f
əaliyyətinə yüklərin alınaraq boşaldılması, anbarlarda saxlanılması və yüklənməsi kimi xidmətlər daxildir.
Şirkət hazır məhsulların və xammal materiallarının saxlanması üçün bağlı və açıq tipli anbarlara, şirkətin inzibati binasında icarə üçün nəzərdə tutulan avropa standartlarına cavab verən hazır ofislərə,sahibkarlar üçün taxta sexləri, 2 mərtəbəli texniki binaya, logistika sahəsində zəruri olan kranlar, teplovozlar, vaqonlar kimi avadanlıqlara malikdir. Hazırda Azneftmaşservis ASC bir çox qurum və şirkətlərlə, eləcə də, qara metal istehsalçısı olan Baku Steel Company MMC, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə yaxından əməkdaşlıq edir. Baku Steel Company MMC-nin qara metala olan ehtiyacını təmin etmək üçün Azneftmaşservis ASC-nin ərazisində metal qırıntılarının toplanaması, tədarükü və çeşidlənərək satışını yerinə yetirmək məqsədi ilə huquqi və fiziki şəxslərə müqavilə bağlanaraq obyektlər icarəyə verilir. Azneftmaşservis ASC dövlət əhəmiyyətli işlərin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq agentliyi ilə icarə müqavilələri bağlayaraq, xidmət və digər işləri yerinə yetirir. yük daşıyan iri tutumlu çənlərin, maşınların müvafiq maddələrlə və üsullarla yuyularaq F.H .Nazirliyinin nümayəndələrinin iştirakı ilə texniki vəziyyətə gətirilməsi, texniki işarələrlə təmin olunması və mühafizəsi və s.