11/06/2026
World Robot Caspian Cup 2026 arenasında kimin kimə rəqib olacağı bəlli olur! 🤖🔥
13 İyun (Şənbə günü) reallaşacaq böyük CANLI YAYIM vasitəsilə turnirin ən gərgin kateqoriyaları olan BotsCombat, RoboSoccer və BoxBot üzrə rəsmi püşkatma mərasimi baş tutacaq! Bu püşkatma ilə festival günü arenada qığılcımlar saçacaq komandaların ilk rəqibləri tam dəqiqləşəcək.
Sevdiyiniz komandanın rəqiblərini ilk öyrənən olmaq üçün səhifəmizin bildirişlərini indidən açmağı unutmayın.
Canlı yayımımız saat 20:00-da start götürəcək.
Şərhlərdə dəstəklədiyiniz komandanı yazın, rəqib olmasını gözlədiyiniz heyətləri etiketləyin və böyük çempionatın ilk rəsmi həyəcanına bizimlə bərabər şahidlik edin! Arenada görüşənədək! ⚡🏆