Maraqlı məlumat və xəbərlər

Maraqlı məlumat və xəbərlər Hər kəsin maariflənməsi

BİLİRDİNİZMİ?.... 🤨🤨Alimlər deyirlər ki, göz yaşları insanın ağlamasının səbəbini söyləyir. İlk damcı sağ gözdən gəlirsə...
03/11/2023

BİLİRDİNİZMİ?.... 🤨🤨

Alimlər deyirlər ki, göz yaşları insanın ağlamasının səbəbini söyləyir. İlk damcı sağ gözdən gəlirsə, sevinc göz yaşlarıdır. Əks təqdirdə, ağrıdan qaynaqlanır.

QANUN2DOSTLARA HƏDSİZETİBAR ETMƏ, DÜŞMƏNLƏRDƏNYARARLANMAĞI ÖYRƏNQANUN BELƏ İFADƏ OLUNURDostlarınızla münasibətlərdə sayı...
03/11/2023

QANUN
2
DOSTLARA HƏDSİZ
ETİBAR ETMƏ, DÜŞMƏNLƏRDƏN
YARARLANMAĞI ÖYRƏN
QANUN BELƏ İFADƏ OLUNUR
Dostlarınızla münasibətlərdə sayıq olun – onlar paxıllığa asan uyduqları üçün daha tez xəyanət edər. Üstəlik də, onlar tez şıltaqlaşır və tirana çevrilirlər. Lakin keçmiş düşməni xidmətinizə çağırın və o, dostdan çox loyal olacaq, çünki onun sübuta yetirməli olduğu nəyi isə var. Həqiqətən də, siz düşmənlərdən çox, dostlardan ehtiyat etməlisiniz. Əgər düşməniniz yoxdursa, onların olmasının üsullarını tapın.
HAKİMİYYƏTİN AÇARI
Zərurət yaranan vaxt dostların köməyindən istifadə etməyə çalışmaq – təbiidir. Dünya – sərt yerdir və tez-tez olur ki, dostlarınız bu sərtliyi yumşaldır. Bundan başqa, siz onları tanıyırsınız. Əgər dost yanındadırsa, yada nəyə görə bel bağlayasan? Ancaq bəla ondadır ki, siz çox vaxt dostlarınızı güman etdiyinizdən p*s tanıyırsınız. Dostlar çox vaxt, sadəcə, aranızın dəyməməsi üçün sizinlə razılaşırlar. Onlar xoşagəlməz cizgilərini cidd-cəhdlə ört-basdır edib gizlədir, bir-birinin zarafatına bərkdən gülüşürlər. Saflıq dostluğun möhkəmlənməsinə nadir hallarda kömək etdiyinə görə, dostunuzun əsl hisslərini eləcə, bilməyə də bilərsiniz. Dostlar şeirləriniz onların xoşuna gəldiyini deyəcək, sizin musiqinizə valeh olacaq, geyim zövqünüzə yaxşı mənada paxıllıq edəcəklər – onların heyranlığı, ola bilsin, səmimidir, ancaq çox vaxt heç də belə olmur. Əgər dostunuzu işə götürməyi qərara alırsınızsa, onun (kişi və ya qadın) indiyə qədər gizlətdiyi keyfiyyətlərini siz tədricən kəşf etməli olacaqsınız. Nə qədər qəribə olmasa da, onu işə götürəndə sizin mərhəmətli hərəkətiniz tarazlığı büsbütün pozur. Qazandıqları uğurlara layiq olduqlarını düşünmək insanlara xoşdur. Gerçəklik məyusluq və acılıq gətirə bilər: demə, üzərinizə düşən seçim dostluq xətrinə edilmişdir, yəni qazanılmış deyil. Çat getdikcə daha nəzərəçarpan olur: ifadələrdə azacıq çox açıqlıq, bəzən inciklik və paxıllıq qığılcımları – və siz heç gözünüzü qırpmağa macal tapmayacaqsınız, dostluğun sonu çatacaq. Dostluğu sönməyə qoymamaq üçün nə qədər çox ənam verəcək və xoş məram göstərəcəksinizsə, minnətdarlıq bir o qədər az olacaq. Dostları işə dəvət etməkdə çətinlik ondan ibarətdir ki, bu sizin hakimiyyətinizi labüd məhdudlaşdırır. Dost – çox nadir hallarda sizə hamıdan yaxşı kömək edə biləcək adamdır: əvvəl-axır, bilik və kompetentlik dostluq hisslərindən qat-qat vacibdir. Vəzifə ilə bağlı situasiyaların hamısı insanlar arasında müəyyən məsafə saxlanmasını tələb edir. Siz işləməyə cəhd edirsiniz, dostluq etməyə yox; dostcanlılıq (əsl və ya saxta) bu fakta yalnız kölgə salır. Hakimiyyət yolunda açar, deməli, – maraqlarınızın istənilən şərtlər daxilində irəliləməsinə kimin ən əlverişli şəkildə kömək edə biləcəyi məsələsində mühakimə yürütmək qabiliyyətidir. Digər tərəfdən, bədxahlarınız – mənimsənilməyən qızıl yatağıdır və siə ondan istifadə etməyi öyrənməlisiniz. Napoleonun xarici işlər naziri, Şarl Moris Taleyran 1807-ci ildə hökmdarının Fransanı süquta apardığı qənaətinə gələndə, vaxt isə onun əleyhinə işləyəndə, o, imperatora qarşı sui-qəsdin nə qədər təhlükəli olduğunu da tam anlayırdı; ona tərəfdaş, məsləkdaş lazım idi – belə bir işdə dostlarından kimə etibar edə bilərdi? Seçimi Jozef Fuşenin, məxfi polisin başçısının, ən çox nifrət etdiyi düşməninin, hətta Taleyranın qətlini təşkil etməyə çalışmış adamın üzərinə düşdü. Taleyran, Fuşe ilə aralarındakı keçmiş düşmənçiliyin emosional barışıq üçün zəmin yarada biləcəyini başa düşdü. Seçimində səhv etmədiyini Taleyrana sübuta etmək üçün Fuşenin işləyəcəyini, etdiyinin müqabilində ondan heç nə gözləməyəcəyini Taleyran əvvəlcədən görürdü; nəyi isə sübuta
yetirmək istəyən adam sizin üçün dağı dağ üstünə qoyar. Nəhayət, o, Fuşe ilə münasibətlərin qarşılıqlı maraqlar üzərində əsaslanacağını və bu münasibətləri şəxsi hisslərin bulandırmayacağını bilirdi. Sui-qəsdçilər Napoleonu taxtdan salmağa müvəffəq olmasalar da, bu qədər qüvvətli və qəfil tərəfdaşların ittifaqı mövcud şəraitdə ən mühüm olan nəticəyə gətirdi: imperatora müxalifət yavaş-yavaş genişlənməyə başladı.
Taleyran və Fuşe məhsuldar işçi ittifaqı yaratdılar. İstənilən hər bir imkandan istifadə edib, düşmənlə sülh bağlayın və onu yanınızda xidmətə cəlb etməyin üsulunu tapın.
Bədxahınızın meydana çıxmasının sizi yolunuzdan azdırmasına heç
bir halda imkan verməyin – bir-iki aşkar opponentinizin olması,
düşmənləriniz varmı və onlar kimdir suallarına cavab axtarışında
itib-batmaqdan qat-qat yaxşıdır. Hakimiyyət adamı konfliktləri
alqışlayır – mətin döyüşçü, ağır vaxtda özünə bel bağlamaq
mümkün olan adam reputasiyasını möhkəmlətmək üçün.
Obraz: Naşükür çənələr. Barmağı şirin ağzına salmağın nə ilə
qurtaracağını bilərək, siz bunu etməməyə çalışacaqsınız. Dostdan
badalaq gözləmirsən, ancaq onu yanınıza xidmətə götürərsinizsə,
naşükür dost sizi içalat qarışıq həzm-rabedən keçirəcək.
Nüfuzlu rəy: “Düşməndən şəxsi faydanız üçün necə istifadə
etmək lazım olduğunu bilin. Sizi yaralaya biləcək qılıncın
tiyəsindən yox, dəstəyindən yapışmağı öyrənmək lazımdır – bu,
özünüzü müdafiə etməyə imkan verəcək. Müdrik öz
düşmənlərindən daha çox fayda alar, nəinki axmaq öz
dostlarından”.
Baltazar Qrasiani (1601-1658)
“İnsanlar şərin haqqını ödəməyə daha çox hazırdırlar, nəinki
minnətdarlığın, axı minnətdarlıq – yük, qisas isə – həzzdir”.
Tasit, təqribən 58-ci – təqribən 117-ci illər

DÜŞMƏNLƏRİMİZDƏN
FAYDA HAQQINDA
Necə olmuşdusa, bir dəfə şah Gieron düşmənlərindən biri ilə
söhbət edirdi, həmsöhbət şahın üfunətli nəfəsinə işarə etdi.
Bundan sonra mərhəmətli şah, bir qədər narahat halda, evə
qayıdır və arvadına irad tutur: “Necə ola bilərdi ki, sən bunu mənə
heç vaxt deməmisən?” Sadə, ismətli və qəbahətsiz şah arvadı
dedi: “Cənabım, mən elə bilirdim kişilərin hamısının nəfəsi bu
cürdür”. Beləliklə, aydındır ki, aşkar, birmənalı və nəzərəçarpan və
yaxud, başqa sözlə, hamıya bəlli çatışmazlıqlarımızı biz daha tez
düşmənlərimizdən öyrənə bilərik, nəinki dostlardan, ya da
yaxınlardan.
Plutarx, təqribən 45-ci – 127-ci illər

QANUN-1KÖLGƏN HEÇ VAXT HÖKMDARIN ÜSTÜNƏ DÜŞMƏSİN QANUN BELƏ İFADƏ OLUNURHəmişə nail olun ki, rəhbər olanlar yuxarıda özl...
01/11/2023

QANUN-1

KÖLGƏN HEÇ VAXT HÖKMDARIN
ÜSTÜNƏ DÜŞMƏSİN
QANUN BELƏ İFADƏ OLUNUR

Həmişə nail olun ki, rəhbər olanlar yuxarıda özlərini rahat hiss etsinlər. İstedadlarınızı nümayiş etdirməklə onlara yarınmaq, yada özünüz haqqında onlarda təəssürat yaratmaq səylərinizdə həddən artıq uzağa getməyin – əks təqdirdə özünüzlə bağlı onlara qorxu və tərəddüd aşılamaqla, bunun əksini qazanacağınızla risk edərsiniz. Rəislərinizi əslində olduqlarından da parlaq görünməyə
məcbur edin və siz hakimiyyətin zirvələrinə çatacaqsınız.
HAKİMİYYƏTİN AÇARI
Hər kəsin öz kompleksləri var. Dünyaya çıxanda və istedadlarınızı təqdim edəndə, siz paxıllıq, qəbul edilməmək və özünəinamsızlığın digər təzahürləri ilə üzləşirsiniz. Buna hazır olmaq lazımdır. Siz başqalarının hisslərinə aman verməyə çalışa-çalışa yaşaya bilməyəcəksiniz. Ancaq özünüzdən yüksəkdə olanlara münasibətdə isə başqa yanaşma istifadə edilməlidir: söhbət hakimiyyətdən gedəndə, mövqeyinə görə sizdən yüksəkdə duranın üstünə kölgənizi salmaq qalan bütün səhvlərin arasında, ola bilsin, ən kobududur. XIV Lüdovikin, ya da Mediçinin dövründən həyatın guya bərk dəyişdiyini fikirləşib özünüzü aldatmayın. Yuxarı pillələrdə dayananlar – əvvəlkitək krallar və kraliçalardır: onlar yerlərində özlərini rahat duymaq və ağılları və məlahətləri ilə başqalarından üstün olmaq istəyirlər. Çox kobud, lakin adi yanlışlıq – istedadlarınızı və bacarıqlarınızı nümayiş etdirmək və üzə vurmaqla rəislərinizin xoş münasibətini qazanacağınızı hesab etməkdir. O təşəkkür edə bilər, ancaq ilk əlverişli imkan əlinə düşən kimi, sizi əvəz edəcək sizin qədər ağıllı, sizin qədər parlaq, sizin qədər cəlbedici olmayan bir başqası ilə. Bu qanuna iki qayda daxildir və onları yadda saxlamaq lazımdır.
Birinci: sizdən yüksəkdə duranın üzərinə şüursuz surətdə, sadəcə, təbii halınızda qalmaqla kölgə salmaq olar. Başqaları ilə müqayisədə, yüksək mövqe tutanlar arasında özünə əmin olmayanlar, dəhşətli dərəcədə əmin olmayanlar çoxdur. Siz məlahətiniz və cəlbediciliyiniz, təbiətinizin səciyyəvi cəhətləri ilə onların üzərinə kölgə sala bilərsiniz.
İkinci: əgər rəis sizi sevirsə, deməli, istədiyiniz hər şeyi etməkdə sərbəstsiniz fikri heç vaxt ağlınıza gəlməsin. Öz sığallı mövqelərini hökmdarı kölgədə qoymağa icazə kimi qəbul etdikləri üçün hökmdarın lütfündən məhrum edilən favoritlər haqqında çox sayda kitab yazmaq olar. Kölgənizin hökmdarın üzərinə düşməsinin nə qədər təhlükəli olduğunu bilərək, siz bu qanunu öz xeyrinizə çevirə bilərsiniz. Hər şeydən əvvəl rəisinizin qılığına girmək və onun özünəvurğunluğunu üfürüb şişirtmək lazımdır. Açıq qılığa girmək effektiv ola bilər, amma onun hüdudları var; bu, həddən artıq birbaşa və aşkar yoldur və tabeçilikdə olan digər adamların gözündə p*s görünür. Əgər, məsələn, özünüzdən yüksəkdə olandan ağıllısınızsa, bunun əksinin görüntüsünü yaratmağa çalışın. Ona imkan verin özünü sizdən ağıllı göstərə bilsin. Sadəlövhlük təsvir edin. Onun təcrübəsinə möhtac olduğunuzu büruzə verin. Ağır nəticələrə gətirməyəcək və sonradan sizə ziyan vurmayacaq, ancaq kömək üçün ona müraciət etməyinizə imkan yaradacaq səhvlərə yol verin. Hökmdarların bu cür xahişlər üçün ürəyi gedir. Öz təcrübəsinin ləl-cəvahirini sizin üzərinizə yağdırmaq imkanından məhrum olan rəis, bunun əvəzində üstünüzə kinini və incikliklərini yönəldə bilər. Əgər siz rəhbərlərinizdən daha yaradıcı düşünürsünüzsə, ideyalarınızı onların adına çıxarın, özü də bunu bacardıqca ictimailəşdirin. Aydın göstərin ki, sizin məsləhətləriniz vur-tut onun məsləhətlərinin əks-sədasıdır. Əgər siz, onunla müqayisədə, təbiətən daha ünsiyyətcil və geniş qəlblisinizsə, çox ciddi göz qoyun ki, rəisinizin parıltısını başqalarının gözündən örtən buluda çevrilməyəsiniz. Sizin bilavasitə rəhbəriniz, sanki, günəş kimi çıxmalı, qüvvə və əzəmət şüalandırmalı, diqqət mərkəzində olmalıdır. Bütün bu hallarda gücünüzü gizlətmək heç də zəiflik göstərmək demək deyil, axı nəticədə bu, hakimiyyətə aparır. Başqalarının özünəinamsızlığının qurbanı olmaq əvəzinə, onlara sizi kölgədə qoymaq imkanı verməklə, situasiyanı əlinizdə saxlamaqda davam edirsiniz. Daha yüksək pilləyə qalxmaq vaxtınız çatan gün bunların hamısı işə yarayacaq. Əgər siz hökmdara başqalarının gözündə parlamağa kömək edərsinizsə, siz onun üçün – həqiqətən də tanrı bəxşişisiniz və sizi dərhal yüksəltmək lazım gələcək. Obraz: Göydə ulduzlar. Göydə yalnız bir günəş ola bilər. Günəşin işığının qabağını heç vaxt tutma və işıq mənbəyinin parıltısı ilə rəqabət aparma; solğunlaşmaq, göy qübbəsini tərk etmək və özündən yüksəkdə duranın şüalarını daha gur etməyin üsullarını tapmaq daha yaxşıdır.

Nüfuzlu rəy: “Çalış ki, cənabının qarşısını öz kölgənlə tutmayasan. İstənilən şəkildə üstünlük nifrətəlayiqdir, amma vassalın öz knyazı üzərində üstünlüyü sadəcə axmaqlıq deyil, bu –ölümcüldür. Bu, göydəki ulduzların bizə verdiyi dərsdir – onlar, ola bilsin, Günəş kimidirlər və elə onun kimi də parlayırlar, lakin heç vaxt onunla birlikdə ortaya çıxmırlar”.

Baltazar Qrasiani (1601-1658)

İnsan psixologiyasının mahir bilicisi, Robert Qrin lətafətləndirməkvə hökmranlıq etmək, özünə sevgi cəlb etmək vəbaşqala...
01/11/2023

İnsan psixologiyasının mahir bilicisi, Robert Qrin lətafətləndirmək
və hökmranlıq etmək, özünə sevgi cəlb etmək və
başqalarının düşüncələrini və əhvali-ruhiyyəsini məharətlə idarə
etmək sənətini mənimsəməkdə sizə kömək edəcək. Bu kitabda
toplanmış məsləhətlərə riayət etməklə, siz hər bir təbəssümü, hər
bir jesti, hər bir sözü dağıdıcı silaha çevirə biləcək, rəhbərlərinizin,
iş üzrə həmkarlarınızın sonsuz etimadına və hörmətinə nail ola
biləcəksiniz. Siz hər bir qadını (və ya kişini) məftun edə, eləcə də
özünə inamlı, gur, uğurlu şəxsiyyət ola biləcəksiniz.

Əziz səhifə üzvlərimizi bu kitabla və QANUNLARLA tanış etmək qərarına gəldik... Hər gün bir qanun səhifəmizdə yayımlanacaqdır...
İLK QANUN NÖVBƏTİ YAZIDA

Hər kəslə bölüşə biləcəyiniz maraqlı FAKT... Fakt: Ölü dəri hüceyrələri məişət tozunun əsas tərkib hissəsidir...London İ...
30/10/2023

Hər kəslə bölüşə biləcəyiniz maraqlı FAKT...

Fakt: Ölü dəri hüceyrələri məişət tozunun əsas tərkib hissəsidir...
London İmperial Kollecindəki tədqiqatçıların fikrincə, insanlar hər saatda təxminən 200 milyon dəri hüceyrəsi tökür. Dəri tozu skualen adlanan dəri yağının təbii olaraq daxili ozon səviyyəsini 15 faizə qədər azaltmağa kömək edir.
🤔😲

ƏZİZ VƏ DƏYƏRLİ MÜƏLLİMLƏRİMİZ HƏR BİRİNİZİN BAYRAMINI TƏBRİK EDİRƏM...
05/10/2023

ƏZİZ VƏ DƏYƏRLİ MÜƏLLİMLƏRİMİZ HƏR BİRİNİZİN BAYRAMINI TƏBRİK EDİRƏM...

RUBENLƏ başlayıb, ROBERTLƏ, SERJLƏ DAVAMI GƏLSİN İNŞALLAH...
27/09/2023

RUBENLƏ başlayıb, ROBERTLƏ, SERJLƏ DAVAMI GƏLSİN İNŞALLAH...

Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin inşAllah
27/09/2023

Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin inşAllah

Xankəndində yaşayan Zoya Baraghamian Azərbaycan vətəndaşlığı almaq üçün muraciət edəcək: "İrəvana getmək istəmirəm. Azər...
26/09/2023

Xankəndində yaşayan Zoya Baraghamian Azərbaycan vətəndaşlığı almaq üçün muraciət edəcək: "İrəvana getmək istəmirəm. Azərbaycanlılarla Xankəndində yaşamaq istəyirəm və ən böyük arzum Bakını görməkdir.”

P.S Bu millətin peşəsi YALTAQLIQ, OĞRULUQ VƏ ÖZLƏRİNİ SATMAQDAN ibarətdir...

Bu günü görməyi bizlərə nəsib edən Allaha sonsuz şükürlər olsun. XANKƏNDİ öz sahiblərinə qovuşmaq üçün boşaldılır...
25/09/2023

Bu günü görməyi bizlərə nəsib edən Allaha sonsuz şükürlər olsun.
XANKƏNDİ öz sahiblərinə qovuşmaq üçün boşaldılır...

Zaman hər şeyin ən gözəl dərmanıdır... (gec olsa belə)
25/09/2023

Zaman hər şeyin ən gözəl dərmanıdır... (gec olsa belə)

Fəryad filmində XORENİ gözləyən qadın. ARÇALUZ obrazı
23/09/2023

Fəryad filmində XORENİ gözləyən qadın. ARÇALUZ obrazı

Address

Baku
1025

Website

Alerts

Be the first to know and let us send you an email when Maraqlı məlumat və xəbərlər posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share