LUKOIL-Azerbaijan

LUKOIL-Azerbaijan "LUKOIL-Azərbaycan" QSC: Azərbaycan Respublikasında pərakəndə satış bazarında neft məhsull

ЗАО «ЛУКОЙЛ-Азербайджан»: Один из основных операторов по сбыту нефтепродуктов на розничном рынке в Азербайджанской Республике. Владеет собственной сетью АЗС и нефтебазой.

İstər gündəlik marşrutunuz, istər uzun bir səyahət olsun, hər səfərdə rahatlığınız və güvəniniz önəmlidir.LUKOIL — yolun...
14/08/2026

İstər gündəlik marşrutunuz, istər uzun bir səyahət olsun, hər səfərdə rahatlığınız və güvəniniz önəmlidir.

LUKOIL — yolunuza güvənlə davam edin.

Yanacaq seçərkən ən vacib məqamlardan biri avtomobil istehsalçısının tövsiyələrinə əməl etməkdir. AI-92 və AI-95 arasınd...
05/08/2026

Yanacaq seçərkən ən vacib məqamlardan biri avtomobil istehsalçısının tövsiyələrinə əməl etməkdir. AI-92 və AI-95 arasındakı əsas fərq onların oktan dərəcəsidir. Oktan dərəcəsi yanacağın mühərrikdə sıxılmaya qarşı davamlılığını göstərir və hər avtomobil üçün uyğun seçim fərqli ola bilər.
Avtomobiliniz üçün tövsiyə olunandan daha yüksək və ya aşağı oktanlı yanacaq istifadə etmək hər zaman üstünlük yaratmır. Ən doğru seçim istehsalçının müəyyən etdiyi yanacaq növüdür.

Rahat və təhlükəsiz bir yolçuluğun arxasında çox vaxt görünməyən, amma böyük fərq yaradan seçimlər dayanır. Düzgün yanac...
02/08/2026

Rahat və təhlükəsiz bir yolçuluğun arxasında çox vaxt görünməyən, amma böyük fərq yaradan seçimlər dayanır. Düzgün yanacaq, etibarlı xidmət və keyfiyyətə olan inam hər kilometri daha rahat və daha etibarlı edir.

Yolda diqqət mərkəzində avtomobiliniz olsa da, onun performansını dəstəkləyən əsas amillər görünməyən qəhrəmanlardır. Məhz buna görə hər səfər doğru seçimlə başlayır.

LUKOIL – hər yolun görünməyən qəhrəmanı.

Hörmətli müştərilər!"LUKOIL-Azərbaycan" QSC tərəfindən yanacaq kartları ilə neft məhsullarının satışı xidmətlərinin daha...
29/07/2026

Hörmətli müştərilər!

"LUKOIL-Azərbaycan" QSC tərəfindən yanacaq kartları ilə neft məhsullarının satışı xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 10 avqust 2026-cı il tarixindən etibarən yeni nümunəli yanacaq kartlarına keçid həyata keçiriləcəkdir.

📌 31 iyul 2026-cı il tarixindən başlayaraq mövcud yanacaq kartlarınızı ödənişsiz şəkildə yeni nümunəli kartlarla əvəz edə bilərsiniz.

Kartların əldə olunma ünvanı:
📍 Bakı şəhəri, Səbail rayonu, Z. Tağıyev küçəsi 13
(1-ci mərtəbə, 102-ci otaq)

🕘 İş qrafiki:
Hər gün (şənbə və bazar günləri daxil)
09:00 – 18:00

Kartı əldə etmək üçün özünüzlə gətirməyiniz vacibdir:
• Şəxsiyyət vəsiqəsi
• İstənilən formada tərtib edilmiş vəkalətnamə (notariat təsdiqi tələb olunmur)

❗️Diqqətinizə çatdırırıq ki, 10 avqust 2026-cı il tarixindən etibarən yanacaq satışı yalnız yeni nümunəli yanacaq kartları ilə həyata keçiriləcək. Köhnə kartlar həmin tarixdən sonra etibarsız olacaq.

Xidmətlərdən fasiləsiz yararlanmaq üçün yanacaq kartınızı vaxtında yeniləməyinizi tövsiyə edirik.

Əlavə məlumat üçün:
📞 (+994 12) 497 41 90

27/07/2026

Həyat dəyişdikcə yeni yollar, yeni istiqamətlər və yeni hekayələr başlayır. Dəyişməyən isə hər səfərdə güvənlə seçdiyiniz keyfiyyətdir. LUKOIL olaraq, etibarınızı hər kilometr boyunca qorumağa davam edirik.

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, cəmiyyətin doğru məlumatlandırı...
22/07/2026

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, cəmiyyətin doğru məlumatlandırılması istiqamətində gördükləri işlərdə uğurlar arzulayırıq.

Hər seçimdə yüksək standartlara sadiqlik, hər dayanacaqda etibarlı xidmət və müştəri məmnuniyyətinə verilən dəyər LUKOIL...
14/07/2026

Hər seçimdə yüksək standartlara sadiqlik, hər dayanacaqda etibarlı xidmət və müştəri məmnuniyyətinə verilən dəyər LUKOIL-in fəaliyyətinin əsasını təşkil edir.

Çünki güvənlə seçilən hər yolun arxasında illərin təcrübəsi dayanır.

Hər yolun bir istiqaməti var. Hər dayanacağın isə etibar ediləcək bir ünvanı.İstər gündəlik marşrutunuzda, istərsə də uz...
06/07/2026

Hər yolun bir istiqaməti var. Hər dayanacağın isə etibar ediləcək bir ünvanı.

İstər gündəlik marşrutunuzda, istərsə də uzun səfərlərinizdə, keyfiyyətli məhsul və etibarlı xidmət rahat və inamlı yolçuluğun ayrılmaz hissəsidir.

Yolunuz sizi hara aparırsa-aparsın, hər dayanacaqda keyfiyyət və etibarı seçin.

LUKOIL – hər kilometrdə etibarınız.

Yanacaq doldurarkən diqqət edilməli məqamlar ⛽Yanacaq doldurmaq gündəlik bir proses olsa da, bu zaman diqqət edilən kiçi...
28/06/2026

Yanacaq doldurarkən diqqət edilməli məqamlar ⛽

Yanacaq doldurmaq gündəlik bir proses olsa da, bu zaman diqqət edilən kiçik nüanslar həm təhlükəsizliyinizə, həm də avtomobilinizin uzunömürlü olmasına təsir göstərir.

Yanacaq doldurarkən bunları unutmayın:

✔️ Avtomobilinizi tam söndürün. Mühərrikin işlək vəziyyətdə olması təhlükəsizlik riskini artıra bilər.

✔️ İstehsalçının tövsiyə etdiyi yanacaq növünü seçin. Doğru yanacaq seçimi mühərrikin səmərəli işləməsinə və performansının qorunmasına kömək edir.

✔️ Yanacaq çənini həddindən artıq doldurmayın. Nasos avtomatik dayandıqdan sonra əlavə yanacaq vurmaq yanacaq sisteminə mənfi təsir göstərə bilər.

✔️ Etibarlı yanacaqdoldurma məntəqələrinə üstünlük verin. Keyfiyyətli yanacaq avtomobilinizin daha stabil işləməsinə və mühərrikin qorunmasına töhfə verir.

LUKOIL olaraq, sürücülərə yalnız keyfiyyətli yanacaq deyil, həm də etibarlı və rahat xidmət təqdim etməyi prioritet hesab edirik.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini təbrik edir, Vətənimizin keşiyind...
25/06/2026

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini təbrik edir, Vətənimizin keşiyində duran hər bir qəhrəmana dərin ehtiramımızı bildiririk. Güclü ordu, güclü dövlət deməkdir. 🇦🇿

Address

13, Z. Tagiyev Street
Baku
AZ1005

Alerts

Be the first to know and let us send you an email when LUKOIL-Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LUKOIL-Azerbaijan:

Shortcuts

Share

Category