Neftkimya Prosesləri Inustutu

Neftkimya Prosesləri Inustutu Azərbaycan Milli Elimlər Akademiyası Akad. Y.H.Məmmədəliyev adına Neftkimya Prosesləri İnustutu

İnstitut əsası 1929-cu ildə qoyülmuş V.V.Kuybışev adına Neft emalı üzrə Elmi-tədqiqat İnstitutunun elmi potensialı əsasında yaradılmış və 1959-cu ildə Azərbaycan MEA-nın nəzdində Neft-kimya prosesləri institutu adlandırılmışdır. Azərbaycan MEA-nın müstəqil Elmi-tədqiqat İnstitutları: Aşqarlar kimyası, Kimya texnologiyasının nəzəri problemləri, Polimer materialları (keçmiş Xlor Üzvi Sintez)
Radiasi

ya Problemləri İnstitutu, Azəri QazPİ (keçmiş Qazın emalı və nəql olunması üzrə Ümumittifaq Elmi-tədqiqat Layihə İnstitutu) Neft-kimya Prosesləri İnstitutunun elmi potensialı əsasında yaradılmışdır. Elmi tədqiqatların inkişafında və milli elmi kadrların yetişdirilməsində görkəmli alimlərin: L.Q.Qurviçin, N.D.Zelinskinin, S.S.Namyotkinin, N.İ.Çernojukovun, Y.H.Məmmədəliyevin, V.S.Əliyevin, Ə.M.Quliyevin, M.A.Dalinin, R.H.İsmayılovun, S.C.Mehdiyevin və başqalarının böyük rolu olmuşdur. Akademik M.F.Nağıyev (1959-1962), akademik V.S.Əliyev (1962-1988) İnstitutun direktoru olmuşlar, 1988-ci ildən bu günədək İnstituta akademik M.İ.Rüstəmov rəhbərlik edir.

Address

Azərbaycan Respublikası, Bakı ş. Xocalı Pr. 30
Baku
AZ1025

Alerts

Be the first to know and let us send you an email when Neftkimya Prosesləri Inustutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share