HFS Int

HFS Int Bizim ixtisaslaşmamız - binaların, obyektlərin və fərdi evlərin eksteryeridir !

Like all TECU® quality alloys, TECU® Gold offers superior mechanical wear resistance, extremely high corrosion resistanc...
04/07/2019

Like all TECU® quality alloys, TECU® Gold offers superior mechanical wear resistance, extremely high corrosion resistance and durability, as well as exceptional stability and material rigidity. TECU® Gold is ideal for large-scale applications thanks to its special material properties.
The surface of TECU® Gold is covered with protective film for safe transport and construction. The protective film should be removed immediately after its installation.
Material: Copper - TECU Gold / London, UK
Details: www.hfs-int.com
Mob: (+99450) 315-50-02

05/06/2019
Azərbaycanda 28 May 1918-ci ildə elan edilən Cümhuriyyətin 101-ci ildönümü qeyd olunur.Yüz bir il bundan əvvəl - 1918-ci...
28/05/2019

Azərbaycanda 28 May 1918-ci ildə elan edilən Cümhuriyyətin 101-ci ildönümü qeyd olunur.

Yüz bir il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkənin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix Azərbaycan xalqının müstəqillik hisslərini daha da gücləndirdi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Azərbaycan dövlətini tanıyan ilk ölkə isə Osmanlı dövləti oldu. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı

HFS-int uses copper materials that meet modern standards worldwide with confidence. Our advantage was composed of 2 reas...
16/05/2019

HFS-int uses copper materials that meet modern standards worldwide with confidence. Our advantage was composed of 2 reasons;
1. Quality of our material.
2. Our professional workforce.
Material: Copper - TECU Classic, Spanien / Mallorca
Details: www.hfs-int.com
Mob: (+99450) 315-50-02

HFS-int şirkəti müasir tələblərə cavab verən mis materiallarını dünyanın hər yerində güvənlə istifadə edir. Bizim üstünlüyümüz 2 səbəbdəb ibarətdi;
1. Materialımızın keyfiyyəti.
2. Peşəkar işçi qüvvəmiz.
Material: Mis - TECU Classic, İspaniya / Mallorca
Ətraflı: www.hfs-int.com
Mob: (+99450) 315-50-02

Müqəddər Ramazan ayınız mübarək hörmətli müsəlman bacı və qardaşlar.Islamın müqəddəs bayramları içərisində orucluq bayra...
06/05/2019

Müqəddər Ramazan ayınız mübarək hörmətli müsəlman bacı və qardaşlar.
Islamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.
Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Həmin gecəyə “qədir” və ya “ehya” gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Islamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir. Müqəddəs Qurani Kərimin “Qədir” surəsində qədir gecəsi haqqında belə yazılmışdır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”.
Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın”.
Qeyd edək ki, müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Fitr və Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq müxtəlif səfhələri (ayın görünən xarici tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri də hilaldır, yəni təzə aydır. Qurani Kərimdə deyilir ki, “(Ya Məhəmməd!) Səndən hilallar barədə soruşurlar. De: Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”. Insanlar vacib ibadətlərinə ayın hilalına əsasən əməl etmişlər: hilalı görəndə oruclarını başa vurmuşlar. Iki təzə ay arasında keçən müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da bir ay edir. Qədim ərəblər bunu vaxt vahidi kimi götürərək bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul etmişlər.
Ay ili biri 29, digəri isə 30 gün sürən 12 aydan ibarətdir. Ay (qəməri) təqvimi də buradan yaranmışdır. Bu təqvimə əsasən ilin uzunluğu 354 gün sürür. Ikinci xəlifə Ömərin dövründə qərara alındı ki, tarixləri Məhəmməd peyğəmbərin (S.Ə.S) Məkkədən Mədinəyə hicrəti ilindən hesablasınlar. Beləliklə, Məhərrəm ayı ilə başlanan hicri-qəməri təqvimi yarandı. Bütün müsəlman ibadətlərinin, bayram və mərasimlərinin vaxtı bu təqvimə əsasən müəyyən edilir. Ay təqvimi Günəş təqvimindən 10-11 gün qısa olduğu üçün hər bir müsəlman ibadətinin tarixi işlətdiyimiz Günəş təqviminə nisbətən 10-11 gün irəli keçir.
Ay təqvimində də tarixlər sabitdir, bu tarixlər yalnız Günəş təqviminə nisbətən yerini dəyişir. Bizim Günəş təqviminə alışmış şüurumuz haradasa qeyri-müəyyənlik görür. Islam bayram və ayinlərinin müxtəlif fəsillərə təsadüf etməsində isə ilahi bir hikmət vardır.
Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. Insan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir.
Ramazan ayında fani varlıqlar sanki savaş meydanına çevrilir. İmanla nəfs bu meydanda çarpışır. Nəfs hər imanlı işi udmaq, yeyib-içmək istəyir, p*s vərdişlərin davamını diləyir. Inanclar mətanətlə buna qarşı çıxır, dil yalandan, göz və könül haramdan uzaqlaşır.
Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar. Oruclu adam sürmə çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir. Orucluq dövründə insan dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Peyğəmbərimiz (S.Ə.S) buyurur ki, Ramazan ayı gələndə isə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar.
Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini (qəzasını) tutmalı və ya fidyə verməlidirlər. Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.
Orucluğun başa çatdığı gün Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.
Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.
“Qabusnamə”nin müəllifi Keykavus ibn İsgəndər oğluna nəsihət edərək yazır: “Ey oğul!... bil və agah ol ki, Allah-Təalanın sənin ac və ya toxluğuna ehtiyacı yoxdur. Oruc Allah tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir. Bu möhür mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə, bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına.
Ey oğul, bil və agah ol: orucluğun ən böyük məqsədi ondadır ki, sən gündüz yemədiyini ehtiyacı olanlara verəsən ki, zəhmətinin faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, onun xeyri ehtiyacı olana çatsın”.
Orucluqla bağlı dini ayinlər əvvəlki səmavi dinlərdə də (yəhudilik, xristianlıq) mövcud olmuşdur. Amma digər dinlərdən fərqli olaraq İslamda orucluq xüsusi əhəmiyyət daşıyır. Islam qaydalarına əsasən yetkinlik yaşına çatmış hər bir müsəlmana oruc tutmaq vacibdir. Bu ibadət ayini ilə bağlı Məhəmməd peyğəmbərin (S.Ə.S) xeyli hədisi vardır. Həmin hədislərin birində deyilir ki, Adəm oğlunun hər bir əməli özü üçündür. Təkcə orucdan başqa- o, Allah üçündür, əvəzini də Allah verir.
Sovet hakimiyyəti dövründə İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan idi. Lakin imanlı adamlar gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə və iş yerlərini itirmək, təqiblərə məruz qalmamaq üçün orucluqdan imtina etməyə məcbur idilər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu, İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişdi. Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başlandı.

Specially developed copper boards take patina green color on their surfaces.TECU® Patina Materiali is used in both inter...
16/04/2019

Specially developed copper boards take patina green color on their surfaces.
TECU® Patina Materiali is used in both interior and exterior surfaces.
Material: Copper - Patina (Germany, Berlin)
Details: www.hfs-int.com
Mob: (+99450) 315-50-02

✅ 10 aprel Azərbaycanda "İnşaatçılar Günü" kimi qeyd olunur. İnşaat sahəsində çalışanların peşə bayramı kimi qeyd edilmə...
10/04/2019

✅ 10 aprel Azərbaycanda "İnşaatçılar Günü" kimi qeyd olunur. İnşaat sahəsində çalışanların peşə bayramı kimi qeyd edilməsi prezident İlham Əliyevin 16 dekabr 2009-cu il tarixli sərəncamında nəzərdə tutulub.
Bu münasibət ilə inşaat sektorunda çalışan bütün İnşaatçıları və o cümlədən, şirkətimizin kollektivini təbrik edirik! ⛑🇦🇿

HFS int şirkəti Azerbaycan xalqını "Bahar Bayramı" münasibəti ilə təbrik edir. Süfrələriniz bərəkətli, arzularınız çin o...
20/03/2019

HFS int şirkəti Azerbaycan xalqını "Bahar Bayramı" münasibəti ilə təbrik edir. Süfrələriniz bərəkətli, arzularınız çin olsun..

Torpaq Çərşənbəniz Mübarək!
19/03/2019

Torpaq Çərşənbəniz Mübarək!

If you want your home look to be more beautiful, please contact our professionals.Material: Copper - TECU Classic (Helle...
16/03/2019

If you want your home look to be more beautiful, please contact our professionals.
Material: Copper - TECU Classic (Hellerup, DK
Details: www.hfs-int.com
Mob: (+99450) 315-50-02

Yel Çərşənbəniz Mübarək!
12/03/2019

Yel Çərşənbəniz Mübarək!

🌹🌹🌹🌹🌹 Əziz xanımlar "8 Mart" Beynəlxalq Qadınlar Günü münasibəti ilə, sizləri təbrik edirik!🌹🌹🌹🌹🌹
08/03/2019

🌹🌹🌹🌹🌹 Əziz xanımlar "8 Mart" Beynəlxalq Qadınlar Günü münasibəti ilə, sizləri təbrik edirik!🌹🌹🌹🌹🌹

Address

N. Nərimanov Ray. , Aga Neymetulla 23
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 16:00

Telephone

+994503155002

Alerts

Be the first to know and let us send you an email when HFS Int posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HFS Int:

Share