14/08/2026
🌱 Grand-Agro İnvitro MMC – Aqrar Biznes Festivalında!
Grand-Agro İnvitro MMC “Aqrar Biznes Festivalı – I İntensiv Meyvə Bağları Festivalı”nda iştirak edərək müasir intensiv bağçılıq və bitkiçilik sahəsində tətbiq etdiyi innovativ həlləri təqdim edib.
Festival çərçivəsində "Grand-Agro İnvitro" MMC-nin stendi Kənd Təsərrüfatı nazirinin müavini və nazirliyin müxtəlif struktur bölmələrinin rəhbərləri, Qusar Rayon İcra Hakimiyyətinin başçısı, eləcə də ölkənin aparıcı intensiv meyvə bağlarının və kənd təsərrüfatı müəssisələrinin rəhbərləri tərəfindən ziyarət olunub.
Qonaqların Grand-Agro İnvitro-nun fəaliyyətinə, in-vitro üsulu ilə yetişdirilən sağlam və yüksək keyfiyyətli əkin materiallarına, həmçinin intensiv bağçılığın inkişafına yönəlmiş innovativ həllərinə göstərdiyi yüksək maraq şirkətimiz üçün xüsusi əhəmiyyət daşıyır. 🌿
🌿 Sağlam ting – bol və keyfiyyətli məhsulun başlanğıcıdır. Sifariş üçün aşağıdakı kontakt vasitələrindən istifadə edə bilərsiz.
📞+994 51 225 22 40
🌐www.grandagroinvitro.az
📩 [email protected]