Azərişıq ASC

Azərişıq ASC "Azərişıq" ASC-nin rəsmi səhifəsi

“Azərişıq”ASC-nin əsas missiyası ölkəmizi fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərməkdir. Bu prinsipləri əldə rəhbər tutaraq, “Azərişıq” ASC genişmiqyaslı yenidənqurma və təmir işlərini bu gün də həyata keçirir. İstismar müddəti bitmiş və sıradan çıxmış avadanlıqlar texniki baxımdan daha müasir, güclü və keyfiyyətliləri ilə əvəz olunur.

Əlavə olaraq yeni yarımstansiyalar tikilir, Komplekt Transformator Məntəqələri quraşdırılır, yeni kabel xətləri çəkilməklə yanaşı, sıradan çıxmış kabel xətləri yeniləri ilə əvəz edilir. İnkişaf etməkdə olan Azərbaycanın qabaqcıl ölkələr sırasında olması və əhalinin rifah halının yaxşılaşdırılması əsas məqsədimizdir!

Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaqElektrik enerjisin...
20/08/2026

Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də bir sıra rayonlarda bəzi 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 09:30-dan 13:00-dək Abad, Ağcaqovaq, Eymur, Ərəbşəki, Qaradeyin kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Ucar EŞ-yə daxil olan Alpı, Keçəkənd və Qulabənd kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Planlı fasilə saat 10:00-dan 15:00-dək Göyçayın Şəhadət və Qarabağlar kəndlərini də əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bakı və Sumqayıtın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaqElektrik...
20/08/2026

Bakı və Sumqayıtın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də paytaxtın Yasamal və Nərimanov rayonlarında bir neçə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İzmir, Nəriman Nərimanov və Mətbuat küçələrinin bir sıra hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Vladimir Mayakovski, İsmayıl Hidayətzadə küçələrinin bəzi yerlərində, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yerləşdiyi ərazidə saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Həmçinin Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/10/6 kV-luq "Nübar" yarımstansiyasında 10/6 kV-luq elektrik yuvalarında təmir işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 17:00-dək Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərini əhatə edəcək. Bununla yanaşı 10/6 kV-luq TM-də aparılacaq təmir işləri zamanı saat 11:00-dan 15:00-dək Həsən Əliyev, Zahid Dünyamalıyev küçələri, Ceyranbatan gölünün yuxarı ərazisi, Yeni Saray yolunun sol və sağ hissələrində enerjinin verilişi məhdudlaşdırılacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

20/08/2026

“Azərişıq” ASC Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur

“Azərişıq” ASC paytaxt və regionlarda elektrik təsərrüfatının yenilənməsi, eləcə də əsaslı təmir işlərini davam etdirir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma işləri Naxçıvanı da əhatə edib.

Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən rayonlarda, bir sıra kənd və qəsəbələrdə 0.4 və 10 kV-luq elektrik şəbəkəsi yenidən qurulur. Yeni metal dayaqlar əkilir, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Abonentləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə yaşayış məntəqələrində 10/0.4 kV-luq müasir Transformator Məntəqələri (TM) quraşdırılır.

Naxçıvan şəhərində 110/35/10 kV-luq “Koroğlu” yarımstansiyasının, Naxçıvan RETSİ-nin inzibati binasının tikintisinə start verilib. Həmçinin şəhər ərazisində abonentlər smart tipli sayğaclarla təchiz olunur. Babək rayonunda 35/10 kV-luq “Nəzərabad” yarımstansiyasının inşası davam edir.

Yenidənqurma işləri Sədərək rayonunun Sədərək və Qaraağac kəndlərini, Heydərabad qəsəbəsini, Şərurun Axaməd, Culfanın Əbrəqunus kəndlərini də əhatə edir.

Qeyd edək ki, “Azərişıq” ASC-nin həyata keçirdiyi əsaslı təmir və yenidənqurma işləri əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaqElektrik enerjisin...
19/08/2026

Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 20-də bir sıra rayonlarda bəzi 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

Yevlax Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 09:00-dan 12:00-dək şəhərin Nəriman Nərimanov, Həsən bəy Zərdabi, Yeni Yevlax, Qanboy Quliyev, Mirzə Ələkbər Sabir, Səməd Vurğun küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Tərtər EŞ-yə daxil olan Qazyan Qapanlı və Qaynaq kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Planlı fasilə saat 10:00-dan 14:00-dək Ağdaşın Bulaqotağı, Ərəb, Hüşün, Kükəl, Qarağan Sədi, Qarağan Şıxlar, Yuxarı Qəsil kəndlərinin bir hissəsini əhatə edəcək.

Göyçay EŞ ərazisində saat 10:00-dan 15:00-dək Qaraxıdır, Qaraman, Lək, Mırtı, Şəkər, Veysəlli, Yalman kəndlərinin bəzi ərazilərində enerjinin verilişi məhdudlaşdırılacaq.

Həmçinin paytaxtda Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Beləliklə, saat 10:00-dan 13:00-dək Əsəd Əhmədov, Zahid Xəlilov, Mətbuat, Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov küçələrinin bir hissəsində fasilə olacaq.

Sumqayıt EŞ-nin xidməti ərazisində 10/6 kV-luq 10 mVA gücündə olan Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Bununla əlaqədar saat 13:00-dan 17:00-dək Həsən Əliyev, Zahid Dünyamalıyev, Rövşən Əliyev küçələri, Ceyranbatan gölünün yuxarı ərazisi, Yeni Saray yolunun sol və sağ hissəsində enerjinin verilişində məhdudiyyət yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Ağdaş və Göyçayda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaqElektrik enerjisinin ver...
18/08/2026

Ağdaş və Göyçayda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 19-da Ağdaş və Göyçayda bir sıra 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 11:00-dan 14:00-dək Ağzıbir, Xınaxlı, Kotavan, Qaraoğlan və Pirəzə kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Həmçinin planlı fasilə saat 10:00-dan 13:00-dək Yuxarı Qəsil, Kükəl kəndlərini və Ləki dörd yol ərazisini əhatə edəcək.

Göyçay EŞ-yə daxil olan Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

21 avqust tarixində “Azərişıq” ASC-nin təşkilatçılığı ilə "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika ...
18/08/2026

21 avqust tarixində “Azərişıq” ASC-nin təşkilatçılığı ilə "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının növbəti regional turu keçiriləcək. Gəncə şəhərində baş tutacaq yarışda Qərb RETSİ üzrə Ağstafa, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz Elektrik Şəbəkələrinin energetikləri iştirak edəcəklər.

Qeyd edək ki, “Xaçmaz EŞ” və “Qax EŞ” komandaları əvvəlki regional yarışlarda qalib gələrək bu ilin oktyabr ayında Hadrutda keçiriləcək final turuna vəsiqə qazanıblar.

Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaqElektrik enerjisin...
16/08/2026

Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 17-də ölkənin bir sıra rayonlarında elektrik şəbəkəsində təmir və yenidənqurma işləri aparılacaq.

Tərtər Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 6 kV-luq hava xəttinə toxunan ağacların budanması ilə əlaqədar saat 10:00-dan 14:00-dək Qaradağlı, Təzəkənd və Kəngərli kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Ağdaş EŞ-yə daxil olan 10 kV-luq "Şıxlı" hava xəttində və 110/35/10 kV-luq "Ləki Dartı" yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 10:00-dan 14:00-dək və saat 10:30-dan 12:30-dək Ərəş küçəsi, Aşağı Zeynəddin, Yeniarx, Mürsəl, Şıxlı, Qarasuqumlaq, Orta Ləki, Yuxarı Ləki, Hapıtlı, Ovçulu, Güvəkənd, Əmirarx, Cardam, Nehrəxəlil, Kotanarx, Tofiqi, Şəmsabad, Əmirmahmud kəndlərinin bəzi ərazilərində enerjinin verilişində fasilə yaranacaq.

Bərdədə 35 kV-luq "Qaraməmmədli" hava xəttində təmir və yeni dayağın əkilməsi ilə əlaqədar planlı fasilə saat 10:00-dan 15:00-dək Seyid Yusifli, Hacallı, Mehdixanlı, Qayalı, Cicimli kəndlərini də əhatə edəcək.

Yevlax EŞ-nin xidməti ərazisində yerləşən 10 kV-luq hava xəttində təmir işləri ilə əlaqədar 10:00-dan 16:00-dək Qaramanlı, Hacımahmudlu, Nəmirli, Göyük, Nurallar kəndlərinin bir hissəsində fasilə olacaq.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

15/08/2026

“Azərişıq” ASC-nin təşkilatçılığı ilə Qəbələdə keçirilən Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının regional turundan hazırlanmış videoçarx

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının növbəti regional turu Qəbələdə keçirilib “Azəriş...
15/08/2026

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının növbəti regional turu Qəbələdə keçirilib

“Azərişıq” ASC-nin təşkilatçılığı ilə keçirilən “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışı davam edir. Qəbələdə Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə yarışın regional turu təşkil olunub.

110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzinin ərazisində baş tutan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxışında peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında maarifləndirmə proqramının keçirilməsinin əhəmiyyətindən bəhs edib, komandalara uğurlar arzulayıb.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda Şimal-Qərb RETSİ üzrə 8 komanda – “Balakən EŞ”, “İsmayıllı EŞ”, “Qax EŞ”, “Qəbələ EŞ”, “Oğuz EŞ”, “Şamaxı EŞ”, “Şəki EŞ”, “Zaqatala EŞ” nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 açıq tipli sualı cavablandırmağa çalışıblar.

İkinci mərhələdə energetiklər onlara verilən 3 praktiki tapşırığı yerinə yetirərək peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.

Hər iki mərhələdə əldə edilən xalların ümumi nəticələrinə əsasən “Qax EŞ” regional turun qalibi olub. Beləliklə, komanda Ümumrespublika Yarışının Hadrutda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.

Address

Bakıxanov Küçəsi 13
Baku
AZ1065

Alerts

Be the first to know and let us send you an email when Azərişıq ASC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərişıq ASC:

Shortcuts

Share

Category