BİRLİYİN FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏD VƏ FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
II.1 Birliyin əsas məqsədi Azərbaycanda müxtəlif elm sahələri üzrə təhsilin inkişafında müvəffəqiyyətlərin qazanılması üçün layihələrin hazırlanması, konfransların və müsabiqələrin keçirilməsi, təhsil, mədəniyyət, ekoloji maarifləndirmə sahəsində fəaliyyət gostərməkdir. Həmçinin, savadlı, intellektli, xaricdə təhsil almış gənclərin öz
kreativ ideya və layihələrinin müvafiq dövlət qurumlarına təklif olunmasında və həyata keçirilməsində onlara yardım göstərmək ictimai birliyimizin əsas məqsədlərindən biridir. Birliyin fəaliyyət istiqamətlərinə əsasən aşağıdakılar daxildir:
II.2.1 Müxtəlif elm sahələri üzrə savadlı , kreativ düşüncəli gənclərin ideya və təkliflərini dəstəkləmək, toplamaq və onları müvafiq elm adamları ilə müzakirə etmək. Adekvat qərar qəbul etdikdən sonra bu layihə-təklifləri müvafiq dövlət qurumlarına və təşkilatlara təqdim etmək. Gənclərin intellekt səviyyəsini yüksəltmək və elmə olan maraqlarını artırmaq üçün elm sahəsində gorkəmli mütəxəssislərlə birlikdə müxtəlif konfransların, müsabiqə və yarışların təşkili və keçirilməsi. Azərbaycanda yaşayan gənclərin müasir dövrün elmi və texnaloji inkişafına inteqrasiyasını həyata keçirmək istiqamətində fəaliyyət göstərmək. Azərbaycan Respublikasında mövcud olan ekoloji problemlərin həllində gəncləri səfərbər etmək. Səhiyyə, insan sağlamlığı və təhsillə bağlı problemlərin aradan qaldırılması istiqamətində maarifləndirmə işləri aparmaq. Gənclərin elmi təşəbüslərinin, liderlik və idarəetmə qabiliyyətlərini inkişaf etdirmək. Azərbaycanda elmə maraq göstərən gəncləri narahat edən problemləri onların özlərinin iştirakı ilə, eyni zamanda əlavə resurslar cəlb etmək yolu ilə həll etmək. Daima bizi ayaqda tutan və yüksəldən milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində iş aparmaq. Gənclərimizin müxtəlif elm sahələri üzrə dünyanın inkişaf etmiş regional və qlobal təsisatlarına inteqrasiya istiqamətində fəaliyyət göstərmək. II.2.11. Elm və intellektual baxımdan özlərini təsdiq etmək istəyən gənclərə şərait yaratmaq və onları cəmiyyətin ictimai-siyasi həyatına inteqrasiya olunmasına dəstək göstərmək. II.2.12. Nanotexnologiya sahəsinin inkişafı istiqamətində və müxtəlif sahalərə tətbiqi (xüsusən tibb sahəsinə) bağlı işlərin aparılması, bu sahədə edilmiş kəşf və yeniliklərin lazımı orqanlara təklif olunması. II.2.13. Xaricdə yaşayan və təhsil alan Azərbaycanlı gənclərlə əməkdaşlıq qurmaq və Azərbaycanı dünyaya tanıtımaq baxımından istər elmi istərsə də ictimai-sosial istiqamətdə fəaliyyət həyata keçirmək;
II.2.14. Yaradıcı qabiliyyəti olan insanları dəstəkləmək, onların inkişafına şərait yaratmaq. II.2.15. Azərbaycanda gənclərin inkişafında xüsusəndə elmə maraq göstərməsində ailənin və cəmiyyətin böyük rolu olduğunu nəzərə alaraq, səlahiyyətli dövlət qurumlarının icazəsi ilə “Ailə, Uşaq və Cəmiyyət” mövzusunda mütamadi olaraq statistik və analitik araşdırımaların aparılmasına köməklik göstərmək və təkliflər verilmək.