RobotChallenge Azerbaijan

RobotChallenge Azerbaijan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RobotChallenge Azerbaijan, Robotics company, Baku.

🇦🇿 Azərbaycan Milli Komandası RobotChallenge Grand Final 2026-da! 🤖🏆Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyini...
25/08/2026

🇦🇿 Azərbaycan Milli Komandası RobotChallenge Grand Final 2026-da! 🤖🏆

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (Gənclər və İdman Nazirliyi ) dəstəyi, Enteskedu (Rəqəmsal Bacarıqlar Mərkəzi)-nun təşkilatçılığı və dəstəyi ilə Azərbaycan Milli Komandası 8–9 avqust tarixlərində Çinin Pekin şəhərində keçirilən RobotChallenge Grand Final 2026 yarışında ölkəmizi uğurla təmsil etdi. 🇦🇿

🌍 45 ölkədən 2200 komandanın iştirak etdiyi möhtəşəm beynəlxalq yarışda Azərbaycanı 29 komanda təmsil etdi.

🏆 Azərbaycan komandalarının nəticələri:
🥇 5 komanda — I yer
🥈 4 komanda — II yer
🥉 1 komanda — III yer

Beləliklə, ölkəmizdən yarışa qatılan 29 komandadan 10-u podiumda yer tutaraq Azərbaycan bayrağını beynəlxalq robototexnika səhnəsində qürurla dalğalandırdı. 🇦🇿🤖

Bu nəticə gənclərimizin robototexnika, texnologiya və innovasiya sahəsində göstərdiyi əzmkarlığın və beynəlxalq arenada qazandığı uğurların parlaq göstəricisidir. 🚀

Azərbaycanın gənc mühəndisləri dünya səhnəsində! 🇦🇿🤖
Daha böyük uğurlara doğru! 🏆

29/05/2026
📢Gələn çoxsaylı müraciətləri və komandaların hazırlıq prosesini nəzərə alaraq, RobotcChallenge Azerbaijan 2026 yarışması...
17/05/2026

📢Gələn çoxsaylı müraciətləri və komandaların hazırlıq prosesini nəzərə alaraq, RobotcChallenge Azerbaijan 2026 yarışması üçün son qeydiyyat tarixi 20 May tarixinədək uzadıldı!

Hər kəsə uğurlar!

📢 Növbəti RobotChallenge infosessiyası keçiriləcək!Infosessiyada komanda qeydiyyatı və təqdimat sənədinin yüklənmə qayda...
10/04/2026

📢 Növbəti RobotChallenge infosessiyası keçiriləcək!

Infosessiyada komanda qeydiyyatı və təqdimat sənədinin yüklənmə qaydaları haqqında ətraflı məlumat veriləcək. RobotChallenge haqqında daha çox öyrənmək istəyən hər kəs qoşula bilər. 🤖✨

🗓 17 Aprel
⏰ 19:00
💻 Google Meet üzərindən

🔗 Qoşulmaq üçün link bio-da yerləşdirilib.

Aprelin 2-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində RobotChallenge haqqında növbəti infosessiya...
04/04/2026

Aprelin 2-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində RobotChallenge haqqında növbəti infosessiyamızı keçirdik! 🤖🚀
Tələbələrlə yarışma kateqoriyaları haqqında danışdıq, sualları cavablandırdıq və gələcəyin texnologiyalarını birlikdə müzakirə etdik. Gənclərin enerjisi və möhtəşəm marağı bizi çox sevindirdi! ✨🦾
İştirak edən hər kəsə və bizə göstərdikləri yüksək qonaqpərvərliyə görə ailəsinə dərin təşəkkürümüzü bildiririk! 🤝

🚀 Freestyle (Junior & Senior) — ideyanı robota çevir!Bu kateqoriyada yaradıcılıq, texniki bilik və təqdimat bacarığı bir...
01/04/2026

🚀 Freestyle (Junior & Senior) — ideyanı robota çevir!
Bu kateqoriyada yaradıcılıq, texniki bilik və təqdimat bacarığı bir araya gəlir. Öz robot startap ideyanı qur, inkişaf etdir və canlı şəkildə nümayiş etdir! 🤖✨

👥 Yaş kateqoriyaları:
6–12 | 13–17 | 18+

📌 Qeydiyyat davam edir!
Şansını qaçırma — gələcəyin texnologiyasını sən yarat! 🚀

🚀 Freestyle (Junior & Senior) — ideyanı robota çevir!Bu kateqoriyada yaradıcılıq, texniki bilik və təqdimat bacarığı bir...
01/04/2026

🚀 Freestyle (Junior & Senior) — ideyanı robota çevir!
Bu kateqoriyada yaradıcılıq, texniki bilik və təqdimat bacarığı bir araya gəlir. Öz robot startap ideyanı qur, inkişaf etdir və canlı şəkildə nümayiş etdir! 🤖✨

👥 Yaş kateqoriyaları:
6–12 | 13–17 | 18+

📌 Qeydiyyat davam edir!
Şansını qaçırma — gələcəyin texnologiyasını sən yarat! 🚀

Son Qeydiyyat Tarixi - 17 May

STEM

Hörmətli texnologiya həvəskarları,Regionun ən böyük robototexnika yarışması olan “RobotChallenge Azerbaijan 2026” öz səf...
26/03/2026

Hörmətli texnologiya həvəskarları,

Regionun ən böyük robototexnika yarışması olan “RobotChallenge Azerbaijan 2026” öz səfirlərini axtarır! Bu proqram çərçivəsində seçilmiş gənclər yarışmanın dəyərlərini öz ərazilərində təmsil edəcək və gənclərin texnoloji biliklərinin artırılmasına töhfə verəcəklər.

Proqrama kimlər qoşula bilər?

• ⁠Texnologiya sahəsinə maraq göstərən aktiv məktəblilər (yuxarı sinif şagirdləri)
• Ali təhsil müəssisələrinin tələbələri
• Texnologiya sahəsinə maraq göstərən aktiv gənclər

Müraciət etmək və ətraflı məlumat almaq üçün saytımıza daxil olun.

🌐 www.robotchallenge.az

📢 Növbəti RobotChallenge infosessiyası keçiriləcək!Infosessiyada yarışın tarixi, kateqoriyalar və iştirak qaydaları haqq...
11/03/2026

📢 Növbəti RobotChallenge infosessiyası keçiriləcək!

Infosessiyada yarışın tarixi, kateqoriyalar və iştirak qaydaları haqqında ətraflı məlumat veriləcək. RobotChallenge haqqında daha çox öyrənmək istəyən hər kəs qoşula bilər. 🤖✨

🗓 13 Mart
⏰ 19:00
💻 Google Meet üzərindən

🔗 Qoşulmaq üçün link bio-da yerləşdirilib.

Gənclər və İdman Nazirliyi və Azercellin dəstəyi ilə Beynəlxalq RobotChallenge yarışması ilk dəfə Azərbaycanda!Gənc mühə...
05/03/2026

Gənclər və İdman Nazirliyi və Azercellin dəstəyi ilə Beynəlxalq RobotChallenge yarışması ilk dəfə Azərbaycanda!
Gənc mühəndislər, proqramçılar və yaradıcı beyinlər üçün ən böyük texnologiya səhnəsi artıq Bakıda! 🤖✨

13–14 iyun tarixlərində keçiriləcək yerli mərhələ, istedadlı uşaqlara və gənclərə öz robotlarını nümayiş etdirmək, bacarıqlarını sınamaq və beynəlxalq arenaya yüksəlmək imkanı verir.

🏆 Qaliblər isə Çində keçiriləcək finalda ölkəmizi təmsil etmə imkanı əldə edəcəklər!

Gələcəyin texnologiyalarında söz sahibi olmaq istəyən hər kəs üçün əsl fürsət.
Hazırsansa — qeydiyyatdan elə indi keç və qalib olmağa bir addım daha yaxınlaş! 🚀

Son qeydiyyat tarixi: 17 may
Qeydiyyat üçün: www.robotchallenge.az

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when RobotChallenge Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share