ATEF Group of Companies

ATEF Group of Companies ATEF Şirkətlər Qrupunun rəsmi səhifəsi

ATEF Şirkətlər Qrupu BP Azərbaycan tərəfindən Səngəçal Terminalında həyata keçirilən 110/10 kV-luq, 2 transformatorlu, 4...
24/07/2026

ATEF Şirkətlər Qrupu BP Azərbaycan tərəfindən Səngəçal Terminalında həyata keçirilən 110/10 kV-luq, 2 transformatorlu, 40 MVA gücündə yarımstansiya layihəsi üçün xüsusi dizayna malik 2 ədəd güc transformatoru istehsal etmişdir.
Transformatorların özəlliklərindən biri də soyuducu dielektrik maye qismində Shell MIDEL yağından istifadə edilməsidir.

Sintetik efir əsaslı bu yağ bioloji parçalana bilən bir maddə olduğundan ətraf mühit üçün xüsusi ilə də su ehtiyatları üçün tamamilə təhlükəsiz olmaqla yanaşı, yüksək alovlanma (alışma temperaturu >300C) temperaturuna malik olduğundan transformatorların yanğın təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır və əlavə yanğından mühafizə avadanlıqlarına olan tələbatı azaldır.

Hazırda layihənin növbəti mərhələləri plan üzrə davam etdirilir.

«ATEF Şirkətlər Qrupu» MMC tərəfindən ZESCO, Zambiya üçün xüsusi konstruksiyalı güc transformatoru istehsal edilib.ZESCO...
01/07/2026

«ATEF Şirkətlər Qrupu» MMC tərəfindən ZESCO, Zambiya üçün xüsusi konstruksiyalı güc transformatoru istehsal edilib.

ZESCO, Zambiya Dövlət Enerji İdarəsinin sifarişi ilə «ATEF Şirkətlər Qrupu» MMC tərəfindən xüsusi konstruksiyalı güc transformatoru istehsal edilmişdir. 250 MVA gücündə, 330/132-88/11 kV gərginliyində olan güc transformatoru 12 000 km yol qət edərək Zambiyaya çatdırılaraq sifarişçiyə təslim edilmişdir. Hazırda transformatorun montaj işləri tamamlanaraq istismara verilmişdir.

Bu ilin may ayının sonunda ölkəmizə dövlət səfəri çərçivəsində Ukrayna Baş Nazirinin 1-ci müavini - Energetika Naziri De...
23/06/2026

Bu ilin may ayının sonunda ölkəmizə dövlət səfəri çərçivəsində Ukrayna Baş Nazirinin 1-ci müavini - Energetika Naziri Denis Şmıqalın başçılıq etdiyi nümayəndə heyəti ATEF Şirkətlər Qrupunu ziyarət etmişdir. Səfər zamanı nümayəndə heyəti şirkətin məhsulları və istehsal imkanları ilə yaxından tanış olmuş, şirkətimizin rəhbərliyi ilə görüş zamanı məhsullarımızın energetika sahəsində, xüsusi ilə də, mövcud şəraitdə Ukraynanın dayanıqlı enerji təchizatında nə qədər önəmli olduğu nazir tərəfindən ayrıca vurğulanmışdır. Nazir ölkəmizin başçısı cənab İlham Əliyevə, istehsalçı şirkətlərə, eləcə də, bütün Azərbaycan xalqına bu kritik dövrdə göstərilən qardaş dəstəyinə görə öz minnətdarlığını bildirmişdir. Azərbaycan dövlətinin bu illər ərzində Ukraynaya göndərdiyi humanitar yardım çərçivəsində ATEF Şirkətlər Qrupu istehsalı olan məhsulların da (transformatorlar, elektrik açarları və ayırıcıları) xüsusi önəm daşıdığını diqqətə çatdırmışdır. Eyin zamanda ATEF Şirkətlər Qrupu rəhbərliyi də şəxsən öz adından və bütün kollektivimiz adından Ukrayna xalqına uğurlar arzulamışdır. Bu dəstəyin daima davam edəcəyini və energetika sahəsində əməkdaşlığın genişlənəcəyinə ümid etdiyimizi qeyd etmişdir.

ATEF «Şirkətlər Qrupu» Bolqarıstan, «KOZLODUY» Atom Elektrik Stansiyası (AES) üçün sifariş əsasında «GEAFOL» qatran izol...
22/06/2026

ATEF «Şirkətlər Qrupu» Bolqarıstan, «KOZLODUY» Atom Elektrik Stansiyası (AES) üçün sifariş əsasında «GEAFOL» qatran izolyasiyalı, TSZAL tipli quru transformatorlar istehsal edib və sifarişçi Qəbul Komissiyasına təqdim edib. Komissiya transformatorların texniki göstəricilərini və istehsal keyfiyyətini yüksək qiymətləndirib.

ATEF Şirkətlər Qrupu "MoldEnergy 2025" sərgisində iştirak edibATEF Şirkətlər Qrupu 2025-ci ilin aprel ayında Moldovanın ...
19/06/2026

ATEF Şirkətlər Qrupu "MoldEnergy 2025" sərgisində iştirak edib

ATEF Şirkətlər Qrupu 2025-ci ilin aprel ayında Moldovanın paytaxtı Kişinyovda, ölkənin ən böyük sərgi kompleksi olan MOLDEXPOda keçirilən nüfuzlu beynəlxalq MoldEnergy 2025 sərgisində uğurla iştirak edib.

ATEF-in stendi ziyarətçilər arasında böyük marağa səbəb olub, yerli və beynəlxalq şirkətlərin nümayəndələri ilə məhsuldar görüşlər keçirilib. Stendə rəsmi şəxslər, o cümlədən Moldova Respublikasının energetika nazirinin müavini Karolina Novak da baş çəkib.

Bu cür beynəlxalq tədbirlərdə iştirak ATEF-in məhsul və texnoloji imkanlarının dünya bazarında tanıdılması baxımından mühüm rol oynayır.

ATEF Şirkətlər Qrupunun BP şirkətinin sifarişi əsasında hazırladığı 260MVA 330/33-33 güc transformatoru 330 kV-luq “Cəbr...
18/06/2026

ATEF Şirkətlər Qrupunun BP şirkətinin sifarişi əsasında hazırladığı 260MVA 330/33-33 güc transformatoru 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasına aparılaraq uğurla quraşdırılmışdır.

ATEF Şirkətlər Qrupu BP şirkətinin sifarişi əsasında istehsal etdiyi 260MVA 330/33-33 güc transformatorunu uğurla çatdırıb və quraşdırıb. Bu transformator Azərbaycanın energetika sektorunda mühüm layihələrdən biri olan 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası üçün nəzərdə tutulub. Yarımstansiya ölkənin enerji təchizatının gücləndirilməsi və dayanıqlılığının artırılması baxımından strateji əhəmiyyət daşıyır.

Transformatorun istehsalı və quraşdırılması prosesi yüksək texniki standartlara uyğun həyata keçirilib. ATEF müasir texnologiyalardan istifadə edərək enerji sistemlərinin səmərəliliyini artıran və uzunmüddətli istismar müddətinə malik olan avadanlıqlar istehsal edir. Bu layihə çərçivəsində BP və ATEF-in əməkdaşlığı Azərbaycan enerji sektorunun inkişafına töhfə vermək məqsədi daşıyır.

«ATEF Şirkətlər Qrupu» MMC ZESCO, Zambiya üçün xüsusi konstruksiya ilə güc transformatoru istehsal edib.«ATEF Şirkətlər ...
17/06/2026

«ATEF Şirkətlər Qrupu» MMC ZESCO, Zambiya üçün xüsusi konstruksiya ilə güc transformatoru istehsal edib.

«ATEF Şirkətlər Qrupu» MMC, ZESCO-nun, Zambiya Dövlət Enerji İdarəsinin sifarişi ilə, xüsusi konstruksiya ilə güc transformatoru istehsal edib. Zavod sınaqlarını müvəffəqiyyətlə keçdikdən sonra, sifarişçinin nümayəndələri ilə birgə həyata keçirilən testlərin ardından, 250 MVA gücündə, 330/132-88/11 kV gərginliyində olan güc transformatoru Zambiyaya göndərilib. Bu transformator, ATEF Şirkətlər Qrupu tərəfindən İri Qabaritli Transformatorlar Zavodunda istehsal olunub.

Address

İ. Məmmədov 1
Suraxanı
AZ1042

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

012 452 20 41

Alerts

Be the first to know and let us send you an email when ATEF Group of Companies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ATEF Group of Companies:

Shortcuts

Share

Category